Aug 24, 2020

Dizayner olmayanlar üçün 5 pulsuz dizayn resursu

Startapınızda dizayn işlərini görmək üçün dizaynerə ehtiyac yoxdur. Aşağıdakı platformalar sizin dizayn problemlərinizi həll edəcək: 1. Canva - platformasının onlayn redaktoru geniş çeşidli dizayn şablonları ilə məşhurdur. Funksionallıq cəlbedici foto kolajlar, təqdimatlar, infoqrafika, onlayn və oflayn marketinq üçün materiallar yaratmağa imkan verir. 2. Crello - Canva redaktorunun analoqudur. Platformada animasiya daxil olmaqla 40 növ şablon (marketinq materialları, bloq materialları, sosial media, reklam üçün) mövcuddur. 3. Remove.bg - bir neçə saniyədə şəklin arxa hissəsini silmək üçün ödənişsiz onlayn foto redaktordur. 4. Avatan - Photoshop'da olduğu kimi effektləri və əsas redaktə imkanları olan ödənişsiz onlayn foto redaktordur. 5. Infogram - infoqrafiya və qrafiklər yaratmaq üçün nəzərdə tutulmuş vasitədir.
Aug 22, 2020

Robert Kiyosaki: müvəffəqiyyətə dair məsləhətlər

Robert Kiyosaki bütün dünyada tanınmış sahibkar kimi deyil, həm də biznes və psixologiya üzrə çoxsaylı kitabların müəllifi kimi tanınır. Öz kitablarında, o, uğur  qazanmaq üçün başlıca hansı addımların atılması lazım olduğunu təsvir edir; məqsədlərə müvəffəqiyyətlə çatmaq istəyənlər üçün sahibkarlıq düşüncəni inkişaf etdirməyin yolunu və digər bir sıra faydalı məlumatları təqdim edir.  Çox vaxt insanların bu cür kitabları oxumaq üçün vaxtı yoxdur. Bu, problem deyil. Biz sizin üçün Robert Kiyosaki-dən ən yaxşı və aktual məsləhətləri toplayaraq bir araya gətirdik. Liderlik qabiliyyəti, müvəffəqiyyətin əsasını təşkil edir.  İdarə etmək və insanları irəli aparmaq bacarığı olmadan, müvəffəqiyyətə nail olmaq çətindir. Bu bacarıqları özünüzdə inkişaf etdirmək, o qədərdə çətin deyil. Robert Kiyosaki, əsgərlikdə olarkən onlara yiyələnmişdir.  Uğurlu sahibkarlığa aparan yolda bütün mərhələrindən keçməlisiniz. Məsələn, sərmayyə ilə məşğul olmazdan əvvəl bu işi öyrənməyiniz vacibdir. İlk baxışdan sizə elə gələ birlər ki, hər şey çox asandı. Həqiqətdə isə hər bir işdə çətinliklər var. Müvəffəqiyyətli olmaq istəyirsinizsə, onları əvvəldən öyrənməlisiniz.  Yaşadığımız dünyanı informasiya texnologiyaları idarə edirlər. Bu sahənin öyrənilməsinə kifayət qədər vaxt ayırın və ya İT mütəxəssisləri ilə ünsiyyət qurun. Hazırkı vəziyyəti analiz etmək və yaxın gələcəyi proqnoz etmək bacarığı, gələcəkdə sizə bundan qazanc əldə etməyinizə kömək edəcəkdir.  Ən dəyəri varlığımız, bizim şüurumuzdur. Belə ki, onun imkanları sərhədsizdir. Hər zaman öyrənməyə və təkminləşməyə davam edin, heç vaxt fasilə etməyin. Bir gün əldə etdiyiniz hər bir şeyi itirsəniz belə, şüurunuz sizə reabilitasiya olmağa kömək edəcəkdir.  Həyatınızda xeyriyyə üçün yer ayırın. Digər insanların ehtiyaclarına gəlirinizin 10%-ni bağışlayın. İnsanların bir çoxu (Robert Kiyosaki-nin atası da daxil olmaqla), xeyriyyə haqqında yalnız “artıq qalan pul” olduğu zaman düşünürlər. Lakin, hər bir kəsə məlumdur ki, pul heç vaxt artıq olmur. Digər insanlara kömək edən insan, özünü daha xoşbəxt hiss edir. Xoşbəxt insanın isə biznesdə müvəffəqiyyət qazanmaq şansları daha çoxdur.  İnsanlarla ünsiyyət qurma bacarığın təkminləşdirilməsinə vaxt ayırın. Düzgün kommunikasiya etsəniz, istənilən ünsiyyətdə məqsədlərinizə çata biləcəksiniz. Bu, dostlarla söhbətlər və ya əməkdaşlarla rəsmi danışıqlar ola bilər. Çalışın bu bacarığı özünüzdə daim inkişaf elətdirin.  Müvəffəqiyyətli olmaq üçün, sizə gələcəkdə pul qazanmağa maneə olan şeylərə pul xərcləməyin. Yalnız aktivlərə sərmayə edin.  Təəssüflər olsun ki, maliyyə müstəqilliyini qazanmış hər bir insan, lüks həyata meyl edir. İnsan nə qədər çox varlanırsa, bir o qədər də lüks həyata meyl edir: yeni ev, avtomobil, yaxta və s. almağı düşünür. Bu, pis deyil. Çalışın birinci növbədə sabit gəlir əldə edin və atdığınız hər bir addımınızdan əmin olun.  Həyatınızın sizə verdiyi hər bir şeyi, dərs kimi qəbul edin və ondan maksimum dərəcədə fayda götürün. Baş vermiş pis bir hadisədən belə faydalana bilərsiniz. Bu, sizin həm şəxsiyyət kimi, həm də sahibkar kimi inkişaf etməyinizə kömək edəcək.  Öz missiyanızı tapın. Yalnız sevdiyiniz və zövq aldığınız bir işdə müvəffəqiyyətli olacaqsınız.  Əsas məqsədinizi heç vaxt unutmayın. Onu kağız üzərində yazsanız və vaxtaşırı oxusanız, daha yaxşı olar.  Vaxt – dəyərli bir resursdur. Təəssüflər olsun ki, biz onu yalnız xərcləyə bilərik. Vaxtı almaq və ya toplamaq mümkün deyil. Buna görə də çalışın vaxtınızdan səmərəli istifadə edəsiniz. Hər bir dəqiqəni fayda ilə xərcləyin. Qarşı cinslərlə mənasız münasibətlər qurmayın. Müvəffəqiyyətli insanların bir çoxu, həyatlarında yalnız bir dəfə münasibət qurublar. Heç bir məna kəsb etməyən münasibətlər, yalnız vaxtınızı alacaqlar.  Əgər hər hansısa layihəni realizə etmək istəyirsinizsə, bunun yolunu tapın. Əgər maliyyə vəsaitiniz çatışmırsa, digər sərmayəçiləri cəlb edin. Vaxtınız çatışmırsa, lazımsız işlərdən imtina edin. Öz məqsədinizdən imtina etməyin. Bu, bağışlanmazdır.       Kiçik bir şeylərdən başlayın. Kiçik addımlar ataraq, nəticədə öz məqsədinizə çatacaqsınız. “Step by step” taktikasından istifadə edin.
Aug 19, 2020

Amazon şirkətinin qərar qəbul etmə prinsipi

Amazon şirkətinin keçmiş top-meneceri Con Rossman, “Amazon kimi düşün” kitabında gələcəyi formalaşdıran qərarları qəbul edəndə istifadə etməli olduğumuz iki qayda haqqında danışır.  Həyati vacib qərarı necə qəbul edirisiniz? 2016-cı ilin yayında ailəm belə bir qərar qəbul etməli oldu. Bizim Vaşinqton ştatının Sietl şəhərindən köçmək imkanımız var idi. Həmin dövrdə oğlum Ey Cey orta məktəbdə oxuyurdu. O, su polosu ilə məşğul olurdu və başa düşürdü ki, hər gün məşq etsə və yarışlarda çox iştirak etsə, bu ona gələcəkdə kollecə qəbul olmağa kömək edə bilər. Buna baxmayaraq, Cey dostlarını və məktəbini tərk etmək istəmirdi.  Bu vacib bir qərar idi. Və onu qəbul etmək üçün mənfi və müsbət cəhətlərin siyahısını yazmaq kifayət etmirdi.  Peşmanlığı minimuma endirin Qərarımızın mənfi və müsbət cəhətlərini yazmaq əvəzinə, mən oğlumla Amazon şirkətinin rəhbəri Ceff Bezosun təcrübəsini bölüşdüm. 1994-cü ildə Ceff Bezos gəlirli iş yerini (o, Devid Şounun “hedge” fondunda işləyirdi) tərk edərək, Sietl şəhərinə köçdü və “Amazon”da işə düzəldi.  Devid Şounun fonduna işə düzələndə Bezosun 26 yaşı var idi. Daha əvvəl iş yerlərini əlcək kimi dəyişdirməsinə baxmayaraq, cəmi dörd il ərzində Ceff Bezos vitse-prezident vəzifəsinə qədər yüksəlir. O, yeni yaranmış İnternetin biznes üçün yaratdığı imkanları öyrənməklə məşğul idi.  Business Insider-in verdiyi məlumata görə, Bezos onlayn sata biləcəyi 20 məhsulun siyahısını tərtib etdi və kitabların ən məqbul variant olduğuna qərar verdi. Bəs problem nə idi? Bezosun rəhbəri Devid Şou bununla razılaşmadı. O, bu ideyanın heç bir nəticə verməyəcəyini düşünürdü. Onda Beszos işdən ayrılacağını bildirdi və Şou ona bu barədə yaxşı-yaxşı düşünmək üçün 48 saat vaxt verdi. Gördüyümüz kimi, gənc Bezos işdən çıxdı və buna görə peşman olmadı. İllər sonra o, müsahibələrin birində qərarını bu şəkildə izah etdi: Özümü 80 yaşımda təsəvvür etmək qərarına gəldim və bu yaşda özüm-özümə bu sözləri demək istədim: “Yaxşı, indi geriyə dönüb həyatımı nəzərdən keçirəcəm. Mümkün qədər az peşman olmaq istəyirəm”. 80 yaşım olanda bu qərarı qəbul etdiyimə görə peşman olmayacağımı bilirdim. Həqiqətən vacib hesab etdiyim İnternet adlı layihədə iştirak etdiyim üçün peşman olmayacağam. Bilirdim ki, uğurlu olmasam da peşman olmayacağam, amma cəhd etməsəm peşman olacağıma əmin idim. Bilirdim ki, bunu hər gün düşünəcəm və ona görə bu qərarı qəbul etmək mənim üçün inanılmaz dərəcədə asan oldu. Və məncə, bu əladır. Siz də hipotetik olaraq 80 yaşlı özünüzdən soruşa bilərsiniz: “O yaşda bu barədə nə düşünəcəm?”, – bu sizi gündəlik problemlərdən xilas edəcəkdir. Bilirsiniz, mən Uoll-Stritdəki şirkətdən ilin ortasında çıxdım və bununla illik bonusumdan məhrum oldum. Yaxşı olar ki, uzunmüddətli perspektivləri düşünəsiniz.  Əla, – deyəcəksiniz.  Bu yanaşma həyatda bəzi vacib qərarlar üçün faydalı ola bilər, məsələn, işdən çıxmaq, başqa şəhərə köçmək və ya riskli startapı işə salmaq istədiyiniz zaman.  Qapıya diqqət yetirin Hamı Amazon rəhbərlərindən onların səhvsiz qərarlar qəbul etmələrini gözləyir. Əslində əsas prinsip budur. Bəs bu necə mümkündür? Onlar “öz fikrini təsdiqləmək meyli” adlnan tələyə düşməmək üçün nəinki məsələni çox yaxşı bilməli, həm də işdə fəal iştirak etməlidirlər. İnsanlar ilkin fikirlərini dəstəkləyən məlumatlar və dayaq nöqtələri axtarmağa meyllidirlər. (Facebook məhz buna görə populyardır. Amerika iki əsas düşərgəyə bölünür və heç kim açıq şəkildə mübahisə edə bilmir. İnsanlar öz fikirləri ilə qarşılaşacaqlarını gözləyirlər). Lakin alternativ perspektivlər və məlumatlar tapmaq üçün fəal şəkildə işləyiriksə, verdiyimiz qərarlar daha yaxşı olur. Bu mənim fikrim deyil, bu həqiqətdir.  Bəs düzgün qərarları daha tez qəbul etmək üçün nə etmək lazımdır? Bunun üçün qəbul etdiyiniz qərarın hansı nəticələrə gətirib çıxaracağını təsəvvür etməlisiniz. Əldə etdiyiniz nəticəni dəyişdirmək və ya ləğv etmək mümkündürmü? Amazon “bir və ya iki qapılı otaq” metodundan istifadə edir.  “Biz bir və ya iki qapılı otaq haqqında düşünürük. Bir qapılı otaq geri dönüşü olmayan qərarları təmsil edir: otağa daxil olduqdan sonra gördüyün mənzərə xoşuna gəlməsə, bir daha geri qayıda bilmirsən. Birdə var iki qapılı otaq: otağa daxil olduqdan sonra gördüyün mənzərə qane etməsə, asanlıqla geri qayıda bilirsən. Yaxşı olar ki, bütün işçilər iki qapılı otaqları seçsin”. 
Aug 15, 2020

Bu 4 tətbiq sizə Süni İntellekt dünyasına daxil olmağa kömək edəcək

Süni intellekt bir gün insan həyatına inteqrasiya edəcəkdir. Ancaq hələ də süni intellektin potensialını başa düşməyənlər üçün veb brauzerdə sınaya biləcəyiniz bəzi vasitələr və oyunlar var. Onları sizlərə təqdim edirik. 1. Suni intellekt ilə fortepiano dueti edin Bəzən fortepiano çalarkən, başqası ilə duet etmək istəyə bilərsiniz. Yaxşı ki, A.I. Duet adlı bir proqram var. Çalışdığınız notlara qulaq asa bilir və öz melodiyalarını sizlərə göstərir. Əsl musiqi ifa etdiyiniz zaman yaxşı işləyir və nəinki təsadüfi melodiyalar tətbiq hətta tam duet təcrübəsi üçün MIDI klaviaturasına qoşulmağa imkan verir. 2. Hər şey Stranger Things Əgər Netflix-in Stranger Things serialını sevirsinizsə bu süni intellekt sizə görədir. Neyron şəbəkə mütəxəssisi David Arcus bir görüntü əlavə edib Stranger Things-ə bənzər poster hazırlayan süni zəka yaradıb. Ayrıca, yüklədiyiniz görüntünün nə olduğunu başa düşə bilər və posterə şəkilə uyğun başlıq əlavə edir. Hazırlanan posterlərin dizaynları eyni olsa da, başlıqlar şəkilə uyğun olaraq hazırlanır. 3. Heç bir dost olmadan Pictionary oynayın Google hər kəsin sınaması üçün müxtəlif süni intellekt təcrübələrinə malikdir. Onlardan biri "Quick Draw" dir. Rəsm çəkməli olduğunuz bir oyun, suni intellekt isə çəkdiyiniz şeyi təxmin etməyə çalışır. Proqram, rəsmləri və sənət əsərlərini öyrənən 50 milyonluq qaralama məlumat toplusu ilə əlaqələndirilir. Bu proqramla əlaqəli maraqlı hissə: çizimlərinizi təxmin etmək üçün istinad olaraq istifadə olunan qaralamaları sizə göstərəcəkdir. 4. Microsoft hər şeyi anlaya bilir Əyləncədən və oyunlardan uzaqlaşaraq, həyatımızı asanlaşdırmaq üçün süni intellekt istifadə edək. Həyatımızı asanlaşdıracaq tətbiqlərindən biri də "Microsoft Seeing AI" telefon tətbidir. Süni intellekt, sadəcə bir sözlə, ətrafınızdakı dünyanı bizə izah edən bir tətbiqdir. Telefonunuzun kamerasını bir nəsnəyə fokuslayın və tətbiq sizə həmin nəsnə haqqında məlumat verəcəkdir.
Aug 11, 2020

Dünyanın ən güclü Android smartfonları açıqlandı

Mobil benchmark platforması AnTuTu, Android smartfonlarının 2020-ci ilin İyul ayı üçün performans reytinqini təqdim etdi. Təqdim olunan məlumatlar, hər bir cihaz üçün bütün test nəticələrinin orta göstəricisidir. Ötən ay olduğu kimi lider Oppo Find X2 Pro idi. Model, Snapdragon 865 + LPDDR5 + UFS 3.0 paketi sayəsində 613,048 bal toplayıb. Sonrakı yerdə Oppo Find X2-dir, 606.490 bal. Üçüncü yerdə 601,706 balla "əlverişli flaqman" Redmi K30 Pro Zoom Edition qərarlaşıb. Qalan ilk 10 yer isə belədir: Xiaomi 10 Pro (600 840), Vivo iQOO Neo 3 (596 141), Oppo Ace 2 (595 408), Vivo X50 Pro + (595 404), Realme X50 Pro Player Edition (588 837), Meizu 17 Pro (587 483) və Vivo iQOO 3 (587 087). Siyahıda olan bütün smartfonlar Snapdragon 865 çipseti ilə təchiz olunub. Müəyyən nəticələrdəki fərq isə flaş yaddaşın sürəti, yeniləşmə sürəti və proqram optimallaşdırılması ilə bağlıdır.
Aug 08, 2020

Vəsait toplamaq üçün kiçik göstərişlər

Gələcəyə dair planlarımızı reallaşdırmaq, pul yığmağa başlamaq ilə mümkün olacaq. Kənarda bir təcrübəniz olmadığı müddətcə bu vəziyyət sizi narahat edəcək, gələcəyinizə dair qurduğunuz xəyalları məhdudlaşdırmaq məcburiyyətində buraxacaq. Hələ ki yaxşı bir investor olma planınız varsa, pul yığma mövzusunda daha həssas olmalısınız. Standartların üstündə qazanc əldə etsəniz belə, xərclərinin gəlirlərinizdən çoxdursa ortada bir problem var deməkdir. Ya pulunuzu yaxşı yönəldə bilmirsiz ya da pul yığmanın əhəmiyyətini hələ bilmirsiniz. Lakin bu gün də olmasa, sabah mütləq pul idarə etmək və yığmaq ehtiyacı ilə qarşı-qarşıya gələ bilərsiniz. Təlaşlanmağa dəyməz. Bir neçə kiçik tədbir və alınan qərarlarla sizlər də asanca pul toplaya bilərsiniz. Pul mövzusunda məlumatlı olun Hər zaman ölkə və dünya iqtisadiyyatları haqqında məlumat sahibi olun. İqtisadiyyat və maliyyə mövzularında məlumatınızın olması, pulunuzu daha doğru idarə etmək üçün sizə kömək edəcək. Bir iqtisadçı ədasına bürünmək lazım olduğunu söyləmirik lakin pul necə idarə olunur, şüurlu istehlakçı necə olur, sərmayələrlə necə pul qazanılar kimi məlumatlara hakim olmalısınız. Xərclərinizə fikir verin Əgər ay sonunda davamlı olaraq, “Hara gedir bu pullar?” Sualını soruşursunuzsa, bunun cavabını tapın. Xərcləriniz mütləq qeyd edin. Çox sadə olduğunu düşündüyünüz xərclər belə gələr-gedər tarazlığınızı poza bilər. Bu sadə xərclərdə gərəksiz olanları nəzərdən keçirərək ilk addımı ata bilərsiniz. Borclarınızı gözdən keçirin Əgər borcunuzu sıfırladıqdan sonra pul yığmaq istəyirsinizsə, borcunuzu ödəmək əsnasında çox diqqətli olun. Əvvəlcə ödəyəcəyiniz borca qarşı, boynuna götürdüyünüz faiz ilə birlikdə itkinizi nəzarətdə saxlayın. Mühasibliyi doğru edin. Ödədiyinizi borcları bir kənara qeyd edin. Beləcə qalan miqdara görə bir plan yaradın. Kredit kartı ilə kreditli alış-verişdən uzaq durun Əgər pul yığmaq istəyirsinizsə, kredit kartı ilə kreditli alver etməkdən qaçının. Çünki kredit kartıyla alış-veriş etmək, daha qazanmadığnız bir pula kredit götürməklə eyni mənanı daşıyır. Kartınızın varlığını unudun getsin! Təyin etdiyiniz büdcəyə görə alver edin. Yatırım edin Yalnız böyük sərmayələr deyil, kiçik kapital ilə də investisiya edə bilərsiniz və bu təcrübələri daha da böyük məbləğlərə kimi artıra bilərsiniz. Bunu sizə etibarlı bir şəkildə təmin edəcək Forex bazarı haqqında məlumatlar əldə edə bilər, təcrübə qazana bilərsiniz. Etibarlı bir vasitəçi təşkilatdan dəstək alaraq, yığdığınız pulu sərmayə ilə qiymətləndirə, gələcək planlarınıza ən qısa yol ilə çata bilərsiniz.
Aug 04, 2020

Məqsədləri düzgün müəyyən etmək üçün 4 məsləhət

Sizin üçün həqiqətən nəyin vacib olduğunu anlayın və bütün diqqətinizi kiçik addımlara yönəldin.  Bir şeyi “başından etməyin” Son on ildə marafon qaçan insanların sayı təxminən 50% artıb, bunu Marathon Statistics 2019 Worldwide statistikasında görə bilərsiniz. Təkcə 2018-ci ildə bütün dünyada bir milyon üç yüz min insan finiş xəttini keçdi. Onların bir qismi sadəcə qaçmağı sevir, digərləri isə özünü doğrultmaq və ya iddialı məqsədə çatmaq istəyir. Onlar üçün marafon qələbə rəmzidir, hər şeyin mümkün olduğunun sübutudur.  Lakin böyük uğurların bir mənfi tərəfi var. Marafona gəldikdə, söhbət postmarafon sindromundan gedir. Belə ki, çox vaxt yarışdan sonra insanları məyusluq, narahatlıq və əzginlik hissi bürüməyə başlayır.  Bundan əlavə, hədəfə doğru irəlilədikcə beynimizdə mükafatlandırma sistemi aktivləşir. Bir şeyə nail olduğumuzu düşünməyə başlayırıq. Məsələn, marafon öncəsi məşq etdikdə, beyin sizi artıq qalib olduğunuzu sayır və bu səbəbdən real qəbələ gözləniləndən daha az emosiya bəxş edir.  Yenə də bu mədəniyyət hamını qarşıya iddialı məqsədlər qoymağa təşviq edir. Böyük uğurun bizi sevindirəcəyini düşünməyə başlayırıq. Ancaq hansısa məqsədə “olsun deyə” çatmağa çalışsaq, bu baş verməyəcək. Bunun əvəzinə tükənmə və narahatlıq pozğunluqları qazana bilərsiniz. Çalışın diqqətinizi başqalarının xoşladığı şeylərə deyil, sizin üçün əhəmiyyət kəsb edən məqsədlərə yönəldəsiniz.  Sizin üçün vacib olan şeylərə aydınlıq gətirin MetaLab-ın qurucusu Endrü Uilkinson (Andrew Wilkinson) bunun üçün antihədəflərdən istifadə edir. Mütəxəssisin sözlərinə görə, antihədəflər işdə nədən qaçmalı olduğumuzu anlamağa kömək edirlər. O, şirkət ortağı ilə birlikdə uğursuz günü planlaşdırdılar və uzun müddət davam edən iclaslara nifrət etdiklərini başa düşdülər. Buna görə onlar bütün görüşləri videozəng formatında keçirirlər, daha az səyahət etmək üçün müştəriləri öz ofislərinə dəvət edirlər.  Əlbəttə ki, hər kəsin maliyyə imkanları fərqlidir. Hər halda, antihədəflər sizə prioritetləri çeşidləməyə və xoşbəxtliyə doğru irəliləməyə kömək edəcəkdir.  Maraqlıdır ki, bəzi insanlar ümumiyyətlə qarşılarına heç bir məqsəd qoymurlar. Proqram təminatının istehsalı ilə məşğul olan Basecamp şirkətinin təsisiçisi Ceyson Frayd (Jason Freid) onlardan biridir. “Məqsəd – ona çatdıqdan sonra yox olan bir şeydir”, – deyə Frayd öz bloqunda yazır. Onun fikrincə, iş və həyat fasiləsizdir və aralıq addımlara bölünməli deyil (yəni məqsədlərə).  Fəaliyyət sistemi qurun Deməli, əsas prioritetlərinizi müəyyən etdiniz. İndi bütün diqqətinizi onlara çatmaq üçün zəruri olan fəaliyyət sistemi üzərində cəmləşdirin. Çünki məqsəd sizə sadəcə istiqamət göstərir, sistem isə irəliyə doğru addımlamağa kömək edir.  Məsələn, kitab yazmaq istəyirsiniz. Bu halda, fəaliyyət sisteminiz bu olacaq: ideyaları necə təşkil edəcəksiniz, qaralamaları kim redaktə edəcək, həftədə neçə saat bu işə sərf edəcəksiniz və s.  “Son nəticəyə deyil, iş prosesinə aşiq olanda xoşbəxt olmaq üçün gözləməli olmursan”, – deyə sahibkar və müəllif Ceyms Klir (James Clear) kitabında yazır.  Diqqətinizi kiçik addımlara yönəldin Özünü xoşbəxt hiss etmək üçün irəliləyişinizi görməlisiniz. Böyük məqsədlər bizə bu işdə az kömək edirlər: onlar ya uzaq gələcəkdədirlər, ya da postmarafon sindromunun yaranmasına səbəb olurlar. Yaxşı olar ki, diqqətinizi kiçik addımlar üzərində cəmləşdirəsiniz.  “Hər il bir həftəlik Türkiyəyə yaxınlarımın yanına gedirəm, onlara zeytun yığmağa kömək edirəm, – deyə sahibkar Eytekin Tenk (Aytekin Tank) söyləyir. – Məhsul yığımı mənə kiçik addımların böyük bir şeyə necə çevrildiyini xatırladır. Bir zeytun – bir damcıdır. Buna baxmayaraq, bir həftə ərzində o qədər məhsul toplayırıq ki, ondan bir neçə litr zeytun yağı düzəldə bilərik.  Kiçik, amma müntəzəm addımlar perspektivdə daha əhəmiyyətli nəticələrə gətirib çıxarırlar. Və əlbəttə, uzunmüddətli məqsədlərlə müqayisədə bizə daha böyük zövq verirlər. 
Aug 02, 2020

“Ağlınızdan keçən fikirləri gözləmədən realizə edin” – Marshall Goldsmith

Niyə həmişə qələbə haqqında düşünmək mümkün deyil? Qocalandan sonra özümüzlə fəxr etmək üçün bu gün nə etməliyik? Niyə xəyallarınızı heç vaxt unutmamalısınız? Təkcə sahibkarların və idarəçilərin verdiyi suallara deyil, həmçinin digər bir çox suallara menecment və liderlik mütəxəssisi Marshall Goldsmith cavab verib.  Dünyanın bir çox lideri ilə həmsöhbət olmuşam və onların hər birinə eyni sualı vermişəm: “Sizcə, uğurlu insanların əsas problemi nədir?” Böyük şirkət rəhbərlərinin mənə verdiyi cavab belə idi: “Onlar tez-tez qalib gəlirlər”. Bu nə deməkdir? Bəli, biz hər birimiz qalib gəlmək istəyirik. Lakin bu həmişə önəmlidirmi? Təsəvvür edin ki, həyat yoldaşınızla birlikdə restorana getmək istəyirsiniz. Siz bir restoran təklif edirsiniz, həyat yoldaşınız isə başqasını və nəticədə istəmədən qarşı tərəfə güzəştə getmiş olursunuz. Sonra məlum olur ki, bu restoranda xörəklər dadsızdır, xidmət isə çox aşağı səviyyədədir. Belə bir vəziyyətdə nə edəcəksiniz? Tənqid edəcəksiniz, haqlı olduğunuzu sübut etməyə çalışacaqsınız. Axı heç nəyi dəyişdirmək mümkün deyil! Niyə sevdiyiniz insana sadəcə “çox sağ ol” deməyi bacarmırıq və həm özümüzün, həm də qarşımızdakı insanın kefini pozuruq? Biz ümumiyyətlə çox nadir hallarda kiməsə təşəkkürümüzü bildiririk. Təsəvvür edin ki, ağır iş günündən sonra maşınla yol gedirsiniz. Yolda tıxac var, siz isə evə tələsirsiniz. Və qəflətən işıqforda qırmızı işıq yanır, yanınızda oturan həyat yoldaşınız sizə deyir: “Gözlə! Qırmızıdır!”. Sizin həyatınızı xilas etmək istəyən insana “Çox sağ ol” demək əvəzinə nə edirsiniz? “Səncə, mən koram? Mən görmürəm?” və s. bu kimi ifadələrlə deyinməyə başlayırsınız.  Biz həmişə hər şeydə qalib olmağa çalışırıq, lakin çox vaxt bu istək əsassızdır. Daha bir nümunə: Günlərin birində mənə məktub gəldi. Bir kişi yazırdı ki, 2-3 il bundan əvvəl mənim seminarımda iştirak edib və insanlara “çox sağ ol” demək məsləhətimdən çox faydalanıb. Biz hər birimiz axşam evə gəldikdən sonra həyat yoldaşımıza şikayətlənirik. Bunun əvəzinə qarşımızdakı insana “çox sağ ol” deməliyik, axı o bizim üçün bu qədər iş görüb! Deməli, bu kişi ağır iş günündən sonra şikayətlənmək əvəzinə həyat yoldaşına bir dəstə gül alaraq hər şeyə görə təşəkkür edib. O deyir ki, bu gülə xərclədiyi $25 həyatında etdiyi ən uğurlu sərmayə oldu.  Əgər müştəri nəticə əldə edə bilmirsə, ondan pul almıram. Bəzən elə olur ki, insana çox vaxt və güc sərf edirəm, lakin yenə də kömək edə bilmirəm. Bu halda ondan pul almıram. Bəzən də insanla yalnız bir neçə dəfə görüşüb söhbət edirəm və bu, möhtəşəm nəticə və məvacib verir. Maraqlıdır ki, insanlara nə qədər az vaxt sərf etsəm, onların liderlik sahəsinə əldə etdikləri uğur bir o qədər çox olur. “Ford” şirkətinin keçmiş icraçı direktoru Alan Mulally-dən bir dəfə soruşdum: “Bu neçə olur axı? Səninlə çox az müddət işləmişəm, amma nəticələrin valehedicidir. Məncə, əgər ümumiyyətlə mənə rast gəlməsəydin, dünyanın ən uğurlu insanı olardın”. Və o mənə dedi: “Səbəb sənin keyfiyyətlərin deyil, onların keyfiyyətləridir”. İnsanlar inkişaf etmək üçün bunu ürəkdən istəməlidirlər. Sizin inkişafınız ilk növbədə sizdən asılıdır.  Əgər özünüzü təkminləşdirmək istəyirsinizsə, ətrafınızdakı insanlardan buna nail olmaq üçün nələr etməli olduğunuzu soruşun. Və bundan sonra səsinizi kəsib diqqətlə dinləyin. Özünüzə bəraət qazandırmağa çalışmayın, qarşınızdakı insanın sözünü kəsməyin, onun dediklərinə qulaq asıb “çox sağ ol deyin. Və birdə: siz hər şeydə birinci ola bilməsəniz də, bir şeydə birinci ola bilərsiniz.  Bəlkə də, kouçinq haqqında ən geniş yayılmış fikir budur: çoxları elə düşünür ki, kouç insanın inkişaf etmək istədiyi sahədə mütləq birinci olmalıdır. Bu belə deyil. Kiməsə kömək etmək üçün həmin insandan üstün olmaq lazım deyil. Siz də mənim kimi bir insansınız.  Həyat yoldaşınıza sual verin: “İnkişaf etmək üçün nə etməliyəm? Münasibətimizi yaxşılaşdırmaq üçün nə edə bilərəm?”. Sadəcə mesaj yazın. Elə indi. Əmin olun ki, sevdiyiniz insanın verdiyi reaksiya sizi çox təəccübləndirəcək: “Sən artıq başqasını sevirsən? Nömrəni səhv salmısan!”. Müştərilərimdən biri mənə bir dəfə dedi: “Artıq bir neçə dəqiqədən sonra həyat yoldaşım mənim üçün gələcək fəaliyyət planını yazıb göndərmişdir”. Öz üzərinizdə işləməyə hazır olun.  Unutmayın ki, keçmişi dəyişdirmək mümkün deyil, əlinizdə olan yalnız gələcəkdir. Əslində, səhvlər bizə insan haqqında çox şey deyir. Səhvlərin üzərində çalışın və nə vaxtsa təkrar etməyin.  Hər il sağlam qida və sağlam həyat tərzinə haqqında kitabların sayı artır. Eyni zamanda artıq çəki problemi ən aktual mövzulardan biridir. Problem nədədir? Məntiq ilə hər şey əksinə olmalıdır. Məsələ ondadır ki, kitablar bizə arıqlamağa kömək etməyəcək. Siz artıq çəki atmaq üçün pəhriz tutmalısınız, idmanla məşğul olmalısınız. Və hər şeydə belədir. Hər hansısa sahədə uğur qazanmaq üçün işə başlamaq lazımdır.  Ailənizlə daha çox vaxt keçirin. Uşaqlar balaca olduqda bizə ehtiyac duyurlar, böyüyəndən sonra isə artıq biz onlara ehtiyac duyuruq. Qızımın 9 yaşı olanda ona sual verdim: “Sənin üçün yaxşı ata olmaq üçün nə edə bilərəm?”. O mənə dedi ki, mən tez-tez evdən ayrılıram və ona kifayət qədər vaxt ayıra bilmirəm. Evdə olanda isə çox vaxt ya futbola baxıram, ya da telefonla danışıram. Orta statistik məlumatlara görə, insanlar uşaqlarına gündə cəmi 7-13 dəqiqə vaxt ayırırlar. Və bu çox azdır! Qızımla danışandan sonra qarşıma məqsəd qoydum: hər gün ailəmə dörd saat vaxt ayırmaq. İl ərzində bunu 150 dəfə edə bildim. Nəticədə, uşaqlar mənim onlardan əl çəkməyimi istədilər.  Valideynlərinizi unutmayın. Siz də nə vaxtsa yaşlı olacaqsınız. Dinləyicilərimdən biri öz anasından soruşdu: “Sənin üçün daha yaxşı övlad olmaq üçün nə edə bilərəm?”. Onun anası şəhərkənarında yaşayırdı və özünü tənha hiss etməmək üçün qızından açıqca görməyini istədi. Siz də belə bir şey etməyə cəhd edin. Dəyərli olan söylədiyimiz sözlər deyil, etdiyimiz hərəkətlərdir.  Kouçinq sahəsində verə biləcəyim ən yaxşı məsləhət. Təsəvvür edin ki, 95 yaşınız var və artıq can verirsiniz. Qəflətən sizə bu günki özünüzə nəsihət vermək üçün vaxt verirlər. Özünüzə nə tövsiyə edərdiniz? Ağlınıza gələn fikri dərhal realizə etməyə tələsin.  Həyatda faydalana biləcəyiniz üç məsləhət: Xoşbəxt olun. Məncə, bir çox insanların problemi budur. Biz hər şeyi sonraya saxlayırıq. Bizə elə gəlir ki, pul qazanandan sonra və ya karyera qurandan sonra daha xoşbəxt olacağıq. Əslində isə hər gün xoşbəxt olmaq lazımdır.  Ailənizi və dostlarınızı qoruyun. Çalışın ailənizə və dostlarınıza vaxt ayırın. İnanın ki, can verəndə iş yoldaşlarınızın heç biri sizin yanınızda olmayacaq.  Xəyallarınızın arxasınca gedib. Bu kiçik xəyal da ola bilər: gitarada çalmağı və ispan dilini öyrənmək, Yeni Zelandiyaya səfər etmək və s. Əgər 35 yaşınıza qədər xəyalınız həyata keçməsə, 45 yaşınıza qədər də çətin ki, həyata keçsin.  Və sonda biznes-liderlərə bunları tövsiyə edirəm: Həyat çox qısadır, hər andan zövq alın.  İnsanlara kömək edin. Mən pensiyaya çıxmış bir çox CEO-larla söhbət etmişəm. Və onların hər birinə eyni sual verirdim: “Nə ilə fəxr edirsiniz?”. Heç kim qurduğu şirkət və ya qazandığı pul ilə fəxr etmir. Onlar özlərini yaxşı insanlara əhatə etdiklərinə görə sevinirdilər, bununla fəxr edirdilər. Kiməsə kömək edə bildikləri üçün özlərini çox xoşbəxt hiss edirdilər.  Düşündüyünüzü edin. Nə isə yolunda getməsə belə ən azından cəhd etmiş olacaqsınız. 
Jul 29, 2020

Qualcomm şirkəti Quick Charge 5 sürətli şarj texnologiyasını təqdim edib

Sonuncu dəfə Amerika korporasiyası Qualcomm öz sürətli şarj etmə texnologiyasını 2017-ci ildə yenidən təqdim etdi və o vaxtdan bəri heç bir şəkildə dəyişmədi. Belə ki, bu müddət ərzində müxtəlif şirkətlər bu istiqamətdə son dərəcə güclü bir irəliləyiş əldə etdilər, lakin 27 iyul 2020-ci ildə ABŞ-dan olan marka hamısını üstələdi. Bir neçə gün əvvəl, elektron komponentlərin, əsasən prosessorların istehsalçısı, Qualcomm Quick Charge 5 adlı sürətli şarj texnologiyasını təqdim etdi və üç il əvvəl buraxılmış Quick Charge 4+ əvəz etdi. Yeni texnologiyanın əsas üstünlüyü, inanılmaz dərəcədə yüksək şarj sürətini təmin etməsidir və buna 100 vatt qədər böyük bir gücün köməyi ilə nail olmaq mümkündür. Yeni sürətli şarj etmə texnologiyasının yaradıcıları əmin olduqları kimi, yeni inkişafın yüksək səmərəliliyinə nail olmaq üçün bir neçə il çəkdi. Bütün səylər və hərəkətlər, smartfonlarda və digər cihazlarda batareyanın ömrünü uzatmağa, təhlükəsizliyin maksimum dərəcəsini təmin etməyə yönəldilmiş, əlavə olaraq mobil cihazların istilik səviyyəsini mümkün qədər azaltmağa çalışmışdır. Əslində, bütün bunlara nail olduq və QC 5 texnologiyası QC 4+ -dən dörd qat daha sürətli olmasına baxmayaraq, telefonu daha da qızdırır. Maksimum temperatur inanılmaz dərəcədə güclü olan 10 dərəcəyə qədər düşdü. Mümkün olan ən aşağı istilik səviyyəsini təmin etmək üçün Qualcomm mühəndislərinə bir neçə texnologiya yaratmalı və eyni zamanda Batareyaya qənaət, Adapter Qabiliyyətlərinin Ağıllı identifikasiyası və İkiqat / Üç Şarj daxil olmaqla mövcud olanlardan istifadə etmək lazımdır. Quick Charge 5 texnologiyasının iş gərginliyi 20V-dir ki, istənilən telefonun batareyası cəmi beş dəqiqə ərzində 0% -dən 50% -ə, yəni yarısına doldurulur. Bu fantastik sürətdir. Əslində, bu, telefonun bir dəqiqədə 10% şarj etməsi və bununla da hər altı saniyədə 1% şarjın doldurulması deməkdir. Bu, çox sürətlidir, çünki dünyada heç bir şirkət belə sürətli şarj üçün hazır standart elan etməmişdir, yalnız bunu yaxın gələcəkdə etməyi planlaşdırılır. Qualcomm-ın Quick Charge 5 sürətli şarj texnologiyası başqa bir mənalı və vacib üstünlüyə malikdir. Fakt budur ki, Apple texnologiyasında istifadə olunan Güc Çatdırılma da daxil olmaqla bütün mövcud sürətli doldurma texnologiyalarına uyğundur. Sadəcə olaraq, 100W QC 5 şarj cihazını satın almaqla, QC 2, QC 3, QC 3+, QC 4, QC 4+ və USB PD texnologiyalarını dəstəkləyən bütün telefonlar ən sürətli vaxtda şarj edə biləcəklər. Ən sürətli şarj texnologiyasını dəstəkləyən ilk smartfonlar, 2020-ci ilin üçüncü rübündə, yəni bu payızda elan ediləcəkdir. Onların satışlarına ilin sonuna kimi başlanması planlaşdırılır. Yeni texnologiyaya uyğun smartfon prosessorları Snapdragon 865 və Snapdragon 865+ kimi qabaqcıl və müasir modellərdir. Qualcomm bu yaxınlarda dünyanın ən sürətli smartfon prosessoru olan Snapdragon 865 Plus-ı təqdim etdi.
Jul 24, 2020

Elon Musk'dan uğur qazanmağı istəyən hər bir insan üçün 6 dəyərli məsləhət

Sahibkarlıq səyahətinə X.com ilə başlayan və onlayn ödəmə sistemlərini inkişaf etdirən Elon Musk, bugünkü onlayn bank sistemlərinin əsasını qoyan ilk adlardan biridir. Başqa sözlə, Musk'ın səyahətindəki təcrübələri bu gün şirkətlərini və investisiyalarını formalaşdırır. Bu təcrübələr sayəsində dünyanın ən varlı insanları arasında olmağı bacarır. Özünü digər zənginliklərdən fərqləndirən ən vacib məqam, avtokrat, normativ və hərbi məntiqə sahib olmayan bir idarəetmə anlayışını mənimsəməsidir. 49 yaşlı sahibkarın şirkətləri haqqında danışmaq üçün daha çox şey var. Dünyanın ən böyük batareyası, süni intellekt, günəş enerjisi plitələri dedikdə bu siyahı genişlənir ... Onları saymaq və hər yeni uğuru oxumaq əvəzinə, uğurun tövsiyələrini şəxsən dinləyə bilərik. "Uzun görüşlər insanların vaxtını boşa alır" "Böyük və həddindən artıq hesabatı olan görüşlər böyük şirkətlərin ən geniş yayılmış problemlərindən biridir və bu iclasların keyfiyyəti zaman keçdikcə pisləşir. Bütün böyük iş görüşmələrindən uzaqlaşın və iclasları mümkün qədər tez bitirməyə çalışın. Çox vacib bir problemlə üzləşməyincə tez-tez iclaslar təşkil etməyin." "Görüşdə iştirak etmək məcburiyyətində deyilsinizsə, iştirak etməyin" "Hər hansı bir dəyər yaratmadığınız bir iş görüşməsinə  getməyin və ya tez tərk edin. Bir yeri tərk etmək kobudluq deyil, kimisə qalmaqla vaxt itirməyə  məcbur etmək kobudluqdur." "Çaşqın ifadələrdən çəkinin, sadə danışın" “Cisim, proqram və ya proses üçün qısa ifadələr və ya mənası olmayan sözlərdən istifadə etməyin. Ümumiyyətlə, izahat tələb edən hər şey ünsiyyətə mane olur. Tesla'da işləmək üçün insanların bir lüğət əzbərləməsini istəmirik. " "Əmr zəncirinin işləri daha səmərəsiz etməsinə imkan verməyin" "Əlaqə, 'əmr zənciri' ilə deyil, işi yerinə yetirmək üçün ən qısa yoldan keçməlidir." "Biri ilə əlaqə qurmaq lazımdırsa, bunu birbaşa edin" "Problemlərin əsas mənbəyi insanlar arasında zəif ünsiyyətdir. Bunu həll etməyin yolu, bütün səviyyələr üzrə sərbəst məlumat axınına imkan verməkdir. Bölmələr arasında bir şey etmək lazım gəldikdə, bu cür strukturlar hər zaman yüksək bir səlahiyyətli şəxs ilə danışmaq məcburiyyətindədirlər. İşi görən insanlar əvvəlcə menecerlərinə dedikdə,onlar direktorlarına, direktorlar baş direktorlarına və baş direktorlar prezidentlərinə dedikdə işlər çox qarışıq olur. Birbaşa danışmaq və yalnız düzgün iş görmək lazımdır. " "Axmaq qaydalara əməl edərək vaxt itirməyin" "Həmişə rəhbər olaraq sağlam düşüncəni seçin. Əgər söz mövzusunda "şirkət qaydası" varsa və bu müəyyən bir vəziyyətdə gülünc bir şeyə səbəb olarsa, bu qaydanı pozmalı və ya dəyişdirməlisiniz."
Jul 20, 2020

Uğurlu insanların bazar günü vərdişləri

Ehtimal ki, bir çoxlarınız da bütün həftə ərzində iplə çəkdiyiniz istirahət gününüzdə bənzəri şeylər edirsiniz. Daha dəqiq desək, saysız-hesabsız insanların səhvini etməklə tətilinizi boş keçirirsiniz. Səhərdən axşama qədər bir kreslodan digərinə keçir, əlinizdə televizor pultu və ya telefon “vaxt öldürürsünüz”. Gün batmağa başlayınca da “bir bazar daha bitdi” deyə düşünərək ertəsi günü gözləməyə başlayırsınız. Bazar günü bazar ertəsi olduğunu düşünərək stresinizi iki qat artırır və nəhayət “sabah nə edəcəm?” qorxusu ilə tətil gününüzü bitirirsiniz. Elə tam bu nöqtədə uğurlu insanların bazar gününü doğru keçirərək belə problemlər yaşamaq vəziyyətində qalmadıqlarını bilməlisiniz. Çünki müvəffəqiyyətli insanlar bazar gününü necə keçirməkləri lazım olduğunu çox yaxşı bilirlər. Aşağıdakı mövzuları oxuyaraq uğurlu insanların sahib olduğu bu vərdişlərə siz də yiyələnə, tətil gününüzü düzgün keçirə bilərsiniz.   Yuxudan tez oyanırlar Bazar gününüzü daha faydalı keçirmək istəyirsinizsə ilk edəcəyiniz şey səhər erkən oyanmaqdır! Bunun üçün də şənbə axşamı hər zamankı kimi erkəndən yatmalısınız. Ertəsi gün işə gedəcəyiniz kimi düşünməlisiniz. Həftənin digər günlərindəki kimi yatarkən eyni vaxtda yatmalısınız. Günortaya qədər yatdığınız zaman həm günün böyük hissəsini itirmiş olacaq, həm də yuxu nizamınızı pozmuş olacaqsınız. Bunun əvəzində, erkən durub səhər yeməyinizi yeyib və duş ala bilərsiniz. Günün qalan hissəsi ərzində isə çox fərqli işlər görə bilərsiniz. Üstəlik, günü erkən başlamağın bir çox digər üstünlüklərini yaşayacaqsınız. Hobbiləri ilə məşğul olurlar Çünki bunun onlara nə qədər yaxşı təsir etdiklərinin fərqindədirlər. İş günlərində məşğul olmasalar belə ən azından bazar günlərini hobbilərinə zaman ayıraraq keçirirlər. Başqa sözlə, yazırlar, rəsm çəkirlər, gəzintiyə çıxırlar, musiqi ilə məşğul olurlar, bağ işləri görürlər, kitablar oxuyurlar. Bir sözlə, hobbilərinə vaxt ayırırlar. Məsələn; Dünyanın ən varlı insanlarından olan Warren Buffett, tətil və boş vaxtlarında ukulele ifa etdiyini söyləyir. Qısacası, tətilinizin bir hissəsini hobbinizlə məşğul olmaq üçün istifadə etməlisiniz. Sevdiklərinə zaman ayırırlar Uğurlu insanların tətildə etdikləri başqa bir şey yaxınları ilə vaxt keçirmələridir. Çünki özünüzü nə qədər məcbur etsəniz də, zamanınızı nə qədər yaxşı idarə etsəniz dəiş günlərində sevdiklərinizə doğru dürüst vaxt ayıra bilmirsiniz. Çünki hər axşam işdən çıxıb evə yorğun gəlir, yemək yeyir və sonra bir də baxırsınız ki, yenə gecə yarısı olmuşdur. Buna görə bazar gününüzü yaxınlarınızla keçirməlisiniz. Prioritetinizin onlar olduğunun fərqinə varmalısınız. Tənbəllik etmək əvəzinə əyləncəli planlar qurmalı və həftənin son günündən zövq almalısınız. Hərəkət edirlər Bazar günü mütləq hərəkət etməlisiniz. Daha dəqiq desək, tətil gününüzdə idmanla məşğul olmalısınız. Çünki iş günlərinizdə idmanla məşğul olmaq üçün vaxt tapa bilmirsiniz və bu vacib məsələyə daima məhəl qoymursunuz. Gəzintiyə çıxa, sevdiyin idman oynaya və ya musiqinin səsi ilə rəqs edə bilərsiniz. Yəni nə edirsiniz edin edin əzələlərinizi işlətdiyinizdən əmin olun. Çünki idman sağlam yaşamaq üçün bir şərtdir. Uğurlu insanların gündəlik həyatı belədir. Yalnız Bazar günlərini deyil, bütün həftə enerjilərini qorumaq üçün tər atırlar. Məkan dəyişikliyi edirlər Bəli, erkən oyanıb səhər yeməyindən sonra yeni yerlərə səyahətə gedə bilərsiniz. Uğurlu insanlar kimi, fərqli yerlərə getməklə bazar gününüzü qiymətləndirə bilərsiniz. Təbiət qoynuna, dəniz kənarına və ya yaxınlığındakı tarixi yerlərə gedə bilərsiniz. Bu şəkildə həm sevdiklərinizlə vaxt keçirmiş, həm də həftənin stresini atmaq üçün məkan dəyişikliyi etmə üsulundan faydalanmış olarsınız.   Uzun sözün qısası, onlar tətil günlərində yalnız faydalı şeylərlə məşğul olurlar. Onları xoşbəxt edən, həyatlarına məna qatan insanlarla vaxt keçirir, bazar günündə enerji toplamaları və istirahət etmələri lazım olduğunu yaxşı bilirlər. Bütün bu gerçəklərin fərqində olduqları üçün də tətil günlərinin bir dəqiqəsini belə boşa xərcləmirlər.
Jul 17, 2020

Google Chrome brauzerinin 84-cü versiyası gəlir. Yeniliklər nələrdən ibarətdir?

Google şirkəti Chrome brauzerini 84-cü versiyaya kimi yenilədi. Yenilənmiş Chrome bir çox dəyişikliklərə məruz qalıb və yeni funksiyalar əldə edib. Yeni funksiyalar arasında bezdirici və dələduz bildirişlərin bloklanması, özəl məlumatların yığılmasının məhdudlaşdırılması, veb tətbiqlərlə qarşılıqlı əlaqə imkanlarının genişləndirilməsi və s. var.  Chrome brauzerinin 84-cü versiyasının əsas özəlliklərindən biri də saytların sui-istifadə etdikləri bezdirici bildirişlərin bloklanmasıdır. Məsələn, bəzi saytlar istifadəçinin həmin saytlardakı kontentləri əldə etməsi üçün ona bildirişlərin göndərilməsi üzrə icazə istəyirlər. Bundan əlavə olaraq dələduzlar bəzən həmin bildirişləri saxtalaşdırırlar və bu üsul ilə istifadəçilərin tamamilə fərqli saytlara yönlənmələrinə nail olurlar. Chrome-da olan bu yeni funksiya isə belə halların sayını azaltmaq üçün reallaşdırılıb.  Chrome 84-ün digər özəllikləri sırasında şübhəli .exe və .apk fayllar barədə istifadəçini məlumatlandırmaq, istifadəçinin konfidensiallığını yüksəltmək üçün saytların cookie fayllarının yığmalarının məhdudlaşdırılması, brauzer pəncərəsinin deaktiv olduğu zaman enerji sərfiyyatının aşağı endirilməsi, mesaj vasitəsilə əldə edilmiş iki faktorlu avtorizasiya şifrəsinin avtomatik daxil edilməsi, təkmilləşdirilmiş veb animasiyalar və tərtibatçılar üçün digər faydalı imkanlar var. Yenilənmiş Chrome 84 yaxın zamanda bütün platformalarda aktiv olacaq.
Jul 15, 2020

Yeni başlanğıclar üçün vəsait toplamağın yolları

İlk olaraq mövcud borclarınızı bağlayın Borcunuz olduğu təqdirdə daim üzərinizdə bir yük hiss edəcək və rahat olmayacaqsınız. Gələcəyinizə sərmayə qoymaq sizə çətin gələcək. Beləliklə, borclarınız xəyallarınızı təxirə salacaq. Borclarınızı mümkün qədər tez ödəyin, pul yığmağa başlayın. Bir müddət pul toplamaq borclarınızı qaytarmaqdan dolayı mümkün olmaya bilər. Lakin vacib ödənişlərinizi etdikdən sonra tamamilə yeni bir düşüncə ilə addım atacaqsınız. Özünüzə real hədəflər müəyyən edin Vəsaitlərinizlə bağlı hədəflərinizin real olmasına diqqət edin. Özünüzə sərt hədəflər qoymağınız, daha tez geri çəkilməyinizə səbəb ola bilər. Büdcə və ehtiyaclarınızı müqayisə edib ona görə bir plan hazırlayın. Beləliklə, hədəfləri mütəmadi olaraq genişləndirməklə daha yaxşı bir planınız olacaq. Özünüzə uyğun pul toplamaq üsulu tapın Pul yığmağa qərar verdikdən sonra pulu hansı üsulla toplayacağınızı bilirsinizmi? Bunun cavabını özünüzə mütləq müəyyən etməlisiniz. Bir misalla açıqlayacaq olsaq, bəziləri pulunu bank hesablarında qiymətləndirir, bəzisi maliyyə bazarlarına sərmayə qoyur, bəziləri də “yastıq altı” üsulunuı tətbiq edir. Pul yığma metodlarına ən uyğun olanı seçmək üçün maraqlarınızı qiymətləndirməlisiniz. Alternativ yollar həmişə mövcuddur. Tək etməyiniz lazım olan pul yığma üsulları arasında sizin üçün ən doğru olanını seçməkdir. Vəsaitlərinizi qazanca çevirin Bizim mentalitetimizdə pul yığmaq həmişə çətin günləri düşünməklə həyata keçirilmişdir. Yeni nəsil insanların bir çoxunda isə bu anlayış bu günlərdən daha gözəl günlər görmək üçün hədəflənir. Artıq pul yığmaq daha yaxşı bir evdə yaşamaq, daha yaxşı bir avtomobil sürmək və ya daha çox səyahət etmək üçün edilir. İnsanların öz vəsaitlərini düzgün sərf etməsi hər zaman çətin olmuşdur. Bunu daha effektiv etməyin ən uyğun yolu isə əmanətləri investisiyaya qoymaqdır. Saxladığınız vəsaitlər bir müddətdən sonra dəyərini itirə bilər. Investisiya bazarları isə hər zaman hərəkətlidir və vəsaitlərinizi qazanca çevirmək üçün ən uyğun üsullardan biridir.
Jul 12, 2020

Uğura gedən yolda ən vacib 6 addım

Arzuladığınız yerdə yaşamaq üçün özünüzə yatırım edin Bu yer sizin üçün kiçik bir şəhərdəki ev, xarici bir ölkə və yaxud hər ay başqa bir yer ola bilər. Bütün bunlar gəlir səviyyənizdən də çox asılıdır. Çünki özünüzə yatırımdan əlavə pul qazanmağın yollarını öyrənməyə başladığınız zaman böyük meqalapolislərdə belə həyatınızı istədiyiniz kimi davam etdirə biləcəksiniz. Odur ki, özünüzə qarşı dürüst olun, həm şəxsi yatırımınızı edin, həm də özünüzə uyğun gəlir fürsətlərini dəyərləndirin. Sizi arzuladığınız yerdə yaşamaqdan nə geri saxlayır onu fikirləşin. Maraqlı olanı təqib edin Sizə maraqlı gələn şeylərin arxasınca getdiyiniz zaman o sizi heç kəsin çata bilməyəcəyi yerlərə aparacaq. Bir başqa sözlə çox istədiyiniz və marağınız olan bir şey üzərində digərlərindən daha çox işləyə bilərsiniz. Qazandıqlarınızı sizə maraqlı olan şeylərə yatırım etsəniz bu sonda sizi uğura aparacaq. Qorxularınıza qalib gəlin Hər gün fikrinizə dəyər verilməməsi və imtina edilməsi kimi qorxularınız əleyhinizə istifadə olunur. Bunun ən mühüm səbəbi material olana daha çox ehtiyac duymağınız və özünüzü yüksək qazanc əldə edərək güvəndə hiss etməyinizə nail olmaqdır. Nəticə isə daha çox pul qazanmağın yollarını öyrənmək və asan pul qazanmaq üçün araşdırmalar etməyə və maraqlandığınız sahələri də getdikcə bu istiqamətdə dəyişdirməyə başlayırsınız. Ancaq təbii ki, bunu edərkən sevmədiyiniz bir işi görmək məcburiyyətində qalacaqsınız. Əgər bunu istəmirsinizsə qorxularınızla üzləşin və onları özünüzdən uzaqlaşdırın. Özünüzə yatırım etməyə elə buradan başlayın. İşi işdə öyrənin Müstəqil sahibkar və ya iş adamı olmaq üçün çox çalışmalısınız. Başqası üçün işləməyə başladığınız zaman belə ən çox iş olan yeri seçin ki, işi yerində öyrənə biləsiniz. Hər nə qədər yüksək gəlir qazanmaq hamımızın arzusu olsa da, maaşı ikinci növbədə saxlamağı bacarmalıyıq. Diqqət yayındıran situasiyaları məhdudlaşdırın Diqqətinizi sizin üçün önəmli olan insanlara və yaxud işlərə yönləndirin. Çünki o sizin üçün çox dəyərlidir və işlərinizdə daha yaxşı olmaq üçün ətrafınızdakı diqqət yayındırıcı amillərdən uzaqlaşın. Gördüyünüz işi sevin Qısa zamanda və asan iş görərək çoxlu pul qazanmaq olarmı? Bunu öyrənmək üçün internetdə vaxtınızı boş yerə xərcləməyin. Əvəzində isə yorulmadan və tükənmədən iş görə biləcəyiniz bir sahə seçin. Buna əlavə olaraq hər zaman şəxsi inkişafınıza yatırım etməyə davam edin. Əgər düzgün seçim etməyi bacardınızsa özünüzü təbrik edin və qürurlanın. Sonda bildirmək lazımdır ki, həyatda uğur qazanmaq daha şanslı olmağınızla deyil qazandığınız biliklər ilə mümkündür. Ona görə də hər zaman özünüzü inkişaf etdirin, bir sözlə özünüzə yatırım etməyi unutmayın. Çünki şəxsi yatırımlarınız həm sizə, həm də ətrafınızdakı insanlara yeni fürsətlər yaradacaq.
Jul 08, 2020

Pandemiyaya qarşı Drone ilə dərman tədarükü

Yaxın gələcəkdə pilotsuz təyyarə ilə dərman tədarükü barədə danışıqlar aparılır. İndi qlobal nəqliyyat şirkətləri UPS və CVS ABŞ-ın Florida ştatına daşınma prosesləri aparır. Matternet-in M2  dronlarından istifadə edəcək xidmət 55  yaşdan yuxarı insanların yaşadığı kəndlərə resept dərmanlarını çatdıracaq. Bundan əlavə, təslim üçün yola düşən hər pilotsuz təyyarə ABŞ Federal Aviasiya Administrasiyasından icazə alacaq. Beləliklə, epidemiyanın ən çox təsirləndiyi yaşlı insanların yaşadığı bölgəyə virusların yayılmasının qarşısını almaq məqsədi daşıyır.    May ayında başlanmış tədarük,ilk növbədə, yük şirkətinə dərman tədarükü ilə başlayacaq. Çatdırılma ərazisinə yaxın bir nöqtədən gedən dronlar nəqliyyat yerində qəbul mərkəzinə  çatacaqlar. Bu nöqtədə qarşılayan komanda daha sonra quru nəqliyyat vasitələri ilə təhvil verəcəkdir.  Dron’lar dərmanların çatdırılması üçün istifadə oluna biləcəyi fikri, təcili vəziyyətlərdə sürətli göndərilmənin və ya çətin olan bölgələrdə ehtiyacı olanlara çatmağın üstünlüklərindən irəli gəldi. Dərman əvvəllər eyni bölgəyə çatdırılsa da, bunlar test xarakteri daşıyırdı. Bu texnologiyanın genişlənməsinə mane olan qanuni proseslər idi. Dünyanı sarsıdan Covid-19 pandemiyası ilə hüquqi çətinliklər daraldı və pilotsuz təyyarələrlə dərman göndərilməsinin miqyası da açıldı. Beləliklə, bir müddət Şimali Karolinada sınaq uçuşları edən yük şirkətlərinin may ayında davamlı tədarüklərə başlamaması üçün heç bir səbəb yoxdur.  Google-un Drone Çatdırılma Layihəsi: Wing (Qanad)  Qlobal nəqliyyat şirkətləri ilə yanaşı, Google bir müddətdir drone tədarükü ilə maraqlanır. Texnologiya nəhəngi, Wing adlı layihəsi ilə dronla birlikdə dərmanları uğurla göndərdi. Wing rəsmiləri bu mərhələyə çatmaq üçün 80 min uçuş cəhdini etdiklərini bildirdilər. Wing-in digər çatdırılma dronlarından fərqi odur ki, tədarükü eniş olmadan təmin edir. Paketini təxminən 7 metr hündürlükdə iplə bağlayır. Aşağıda olan biri paketi tutanda, gərginlik hiss edir və ipdən ayrılır və yoluna davam edir.  Pilotsuz çatdırılmanın indiyə qədər bir çox şirkət tərəfindən edildiyi iddia edilsə də, demək olar ki, hamısı sınaq xarakteri daşıyırdı. Həqiqi uçuşlar qarşısında bir sıra maneələr var. Hündür binalar, dar küçələr, hüquqi problemlər, dronların yaratdığı səs-küy çirklənməsi bu texnologiyanın həyatımıza girməsinə maneə kimi görünür. Pandemiya kimi fövqəladə hallarda həyati əhəmiyyətə davam edə bilər. Xüsusilə infeksiya ehtimalını azaltdığı üçün üstünlük vermə səbəbi kimi görünür. Nəhayət, dərmanı tapmaq çətin olduğu Afrika kimi bölgələrə can qurtaran dərmanlar apara bilər. 
Jul 05, 2020

Starlink proyekti

Musk'ın verdiyi açıqlamalara görə, Starlink layihəsi üçün ən böyük problem peyklər deyil, bahalı istifadəçi terminallarıdır. Ötən günlər SpaceX'ın Nasa ilə ilk idarə olunan uçuş sınaqlarını uğurla keçirdiyini söylənilirdi. SpaceX'ın daha bir vacib layihəsi olan Starlink yeni xəbərlərlə gündəmə gəldi. 2019-cu ilin may ayında, Elon Musk'ın yüksək sürətli peyk layihəsi və SpaceX'ın Falcon 9 ilə Starlink'in 60 kosmik'i buraxması haqqında məlumatları yayıldı. Nasa ilə ilk idarə olunan uğurlu uçuş sınaqlarından sonra işini sürətləndirən SpaceX, keçən günlərdə Starlink layihəsi üçün orbitə daha 60 peyk göndərdi. Starlink'in ümumi donanması 480'a çatdı, tətbiqetmə donanmasına 60 peyk əlavə edildi. SpaceX prezidentinin və COO Aviation Week'in açıqlamalarına görə, Starlinkin peyk donanmasının 2020-ci ildə 800 peykə çatacağı gözlənilir. Starlink layihəsinin əsas məqsədi dünyanı 12 min peyklə əhatə etmək və dünyanı əlverişli və yüksək sürətli internet ilə təmin etməkdir. Əvvəlki Elon Musk tərəfindən edilən açıqlamalara görə, Starlink layihəsi illik gəlir 50 milyard  dollar gətirən bir layihəyə çevrilmək məqsədi daşıyır. Yenə Musk'ın verdiyi açıqlamalara görə, Starlink layihəsi qarşısında ən böyük çətinlik peyklər deyil, istifadəçi terminallarıdır. Starlink tərəfindən təqdim olunan əlverişli internet xidmətindən yararlanmaq istəyən istifadəçilər Starlink'ə qoşulmaq üçün istifadəçi terminalları adlanan cihazlardan istifadə etməlidirlər. Paylaşılan məlumata görə, istifadəçi terminallarının inşası mümkün olan yüksək gəlirli və bahalı layihənin olması üçün ən böyük maneədir. Elon Musk'ın 2015-ci ildə verdiyi açıqlamalara görə istifadəçilərin Starlinkə'ə qoşulmasına imkan verən cihazın 200 dollara başa gələcəyi gözlənilirdi. Ancaq bir istifadəçi terminalının orta dəyəri, analitiklərin hesabatlarına görə, 1200 dollardır. Bir sözlə, sözügedən cihazın orta qiyməti Musk'ın təxminindən 10 dəfə yüksəkdir.  
Jul 03, 2020

NASA koronavirus əleyhinə hazırladığı boyunbağı

NASA-nın Reaktiv Təkan Laboratoriyası insanlara üzlərinə toxunmaq istədikləri zaman xəbərdarlıq edərək koronavirusun sayını azaltmağı hədəfləyən boyunbağı hazırladı. Pulse adlandırılan, geyinilə bilən bir yaxınlıq sensoru kimi istifadə edilir və əgər əliniz üzünüzə yaxınlaşarsa titrəyən 3D şəklində hazırlanmış bir asılqandır. Əlləriniz üzünüzə yaxınlaşdıqca titrəmələr güclənir. "PULSE-nin məqsədi, bir şəxs əli ilə yoluxmuş bir səthə toxunursa, sonra ya gözlərinə,burnuna və ya ağzına toxunursa, ötürülə bilən COVİD 19 virusunun yayılmasını minimuma endirməkdir" NASA məqaləsində bu haqqda məlumat verdi. "Bu konsepsiya gün ərzində əllə təmasın nə qədər tez baş verdiyi, göz ardı edilə bilən və düzəldilməsi çətin olan bilinçaltı bir davranışa cavabdır." NASA, Pulse'nin hər kəs tərəfindən hazırlana bilməsi üçün əlverişli və sadə dizayn edildiyini söylədi. Yığım təlimatları və hissələrin siyahısı açıq mənbədir və ictimai istifadə üçün pulsuzdur.
Jun 28, 2020

5G nədir?

5G  (ing. fifth generation) — 5-ci nəsil kabelsiz mobil texnologiya.  5G texnologiyası tərifi barədə fikir ayrılıqları var. İTU İMT-2020 standartlarına görə 5G saniyədə 20 Qiqabitə qədər sürətli internet təmin edə bilər, amma bu yalnız yüksək tezlikdə (15 Qiqahers və yuxarı) mümkündür. Ən son 3GPP standartına görə isə 5G aşağı tezlikdə, 600 MHs-dən 6 GHs-ə  istifadə oluna bilər. Amma bu 4G ilə müqayisədə ancaq 15-50 % daha sürətlidir.  Buna görə də aşağı tezlikdə 5G texnologiyası 4G texnologiyasının "təkamülü" adlandırıla bilər. 3GPP-ə istinadən toplam 74 sahədə xidmət göstərməsi kimi hesablanan bu yeni texnologiya, nəticədə 3 kateqoriyaya qruplaşdırılmışdır. Yəni bütün xidmət növləri bu üç sahənin daxilindədir. Bəs bunlar hansılardır ? eMBB (Enhanced Mobile Broadband) uRLLC (Ultra Reliable Low Latency) mMTC (Massive Machine Type Communication) Yuxarıda adları çəkilən hər bir xidmət kateqoriyasının oxşar və fərqli texniki tələbatları var. Xidmət sahələrini göstərmək üçün birincidən başlayaq. eMBB-in xidmət sahələri: Əvvəlki mobil şəbəkə nəsillərinin ən böyük hədəfi olan yüksək sürətli internet bu kateqoriyaya aid edilir, yəni 4K, 8K UHD keyfiyyətli video, VR (Virtual Reality), AR (Augmented Reality) kimi xidmətlər. Qısası yüksək internet sürəti. uRLLC-in xidmət sahələri: Sənayenin avtomatikləşdirilməsi, sürücüsüz nəqliyyat vasitələri, təhlükəsiz avtomobil idarə etmə, məsafəli tibbi müdaxilə və s. mMTC-in xidmətləri: Bu kateqoriya digərlərinə görə daha cəlbedicidir. Demək olar ki, bütün ağıllı cihazların bir-biri ilə bağlanması hesablanıb. mMTC həm də “IoT” olaraq da bilinir, yəni onun bir parçası kimi. Çünki, IoT bundan öncəki texnologiyalarda da daha az tutumla olsa da mövcud idi. IoT – in mənası “Cihazların İnterneti” anlamına gəlir və ingiliscədə “Internet of Things” olaraq yazılır. Televizor, soyuducu, isitmə sistemi, yanğın sensoru, qaz sensoru, təhlükəsizlik kamerası, sayğacları və daha nələri mMTC-in xidmət sahəsinə aid edə bilərik. Təbii ki, bunlar hal-hazırda evlərdə istifadə etdiyimiz cihazlar olmayacaq. Yeniləri ilə əvəz olunmalıdır hansılar ki, “ağıllı cihaz” adlandırıla bilər. Bu cihazların hər birində 5G şəbəkəsinə bağlanması üçün SIM karta bənzər vasitəçi olacaq. Və ən maraqlı tərəfi də budur ki, bu cihazların əksəriyyəti batareya ilə çalışacaq (sensor, sayğac və s.) və enerji saxlama müddəti 10 ildən daha çox nəzərdə tutulub. Sual yarana bilər ki, bəs şəbəkəyə qoşulan cihaz necə 10 il enerji saxlaya bilər ? Bu cihazları və işləmə prinsipini mobil telefonlar kimi düşünməyək. Çünki, bunların serverə göndərəcəyi məlumat qərarlaşdırılmış zaman aralığında və çox kiçik paketlər olara göndəriləcək. Əgər evimizdən, ofisimizdən, əkin sahəmizdən uzaqda olsaq da onları mobil telefonlara quraşdırlmış uyğun proqramlarla izləmə imkanımız olacaq. Əkin sahasindəki torpağın temperaturu, quruluq dərəcəsi, havası Evimizdə qaz sızıntısı, enerji sərfiyyatı, təhlükəsizliyi Su, qaz, işıq istifadəsinə nəzarət   Əlbəttə ki, bu qədər xidmətin ərsəyə gəlməsi üçün 5G texnologiyası bundan öncəkilərlə müqayisədə çox inkişaf etdirilməlidir. Sadaladığımız üç kateqoriya üzrə olan xidmətlərin həyata keçməsi üçün texniki parametrlər daha fərqli olmalıdır. Çinin mobil rabitə operatorları qarşıdakı 5 il ərzində 5G şəbəkəsinə 220 milyard ABŞ dolları sərf edəcəklər. Proqnozlara görə, 2025-ci ilədək  Çində 5G istifadəçilərinin sayı 460 milyona çatacaq ki, bu da dünyada ən böyük 5G bazarı olacaq. Başqa sözlə, kim 5G tətbiqini daha tez reallaşdırsa, dünyaya onu dəstəkləyən yeni telefonları da təqdim edəcək və bu da müasir dünyaya yeni sahibin kim olduğunu da təqdim edəcək, ya da təsdiqləyəcək. İndi az da olsa, aydın olur ki, koronovirusun 5G ilə nəinki əlaqəsi, hətta birbaşa iddia edilən formada yox, dünayaya texnoloji sahiblik fonunda əlaqəsi var. Virus hansı ölkənin iqtisadiyyatını məhv edəcəksə, o bu texnologiyaya daha az şəkildə sahib olacaq. Bu isə öz növbəsində təkcə maliyyə itkisi deyil, internet sürəti hesabına dünyanın informasiya arxivinin ələ keçirilməsi, data-bazasın sahib olmaq anlamına da gəlir. 5G digər mənada ifadə etsək, bir texnoloji silahdır. Artıq bilirik ki, qitələrarası hərəkət edən ballastik raketlər,  Yeri öz oxu ətrafından oynadan, gecikdirən, qütblərin maqnit dalğalarını pozan silahlar yaradılıb. Onların idarəedilməsi də yaradılması qədər vacibdir, 5 G-nin sürəti imkan verir ki, ona sahib olan güc daha çevik hərəkət etsin, hesablamaları sürətlə və dəqiq toplasın, müdafiə və  hücum arasında daha rahat, uğurlu trayektoriya cızsın.   Böyük Britaniyanın iri telekommunikasiya şirkətləri müştərilərinə müraciət edərək şəbəkələrin məhv edilməsini dayandırmaq üçün kömək istəyib. Söhbət ondan gedir  ki, bu proses hansısa üçüncü dünya ölkəsində yox, ən inkişaf etmiş bir bölgədə - Britaniyada baş verir. Böyük Britaniyada vandallar ən azı 20 ədəd 5G qülləsinə zərər vurublar. Buna səbəb insanların 5G qüllərinin koronavirusu yaydığına inanması olub. Elm isə ikili arasında hansısa əlaqənin olması bardə bütün faktları rədd edir. Amma dünyanın böyük bir hisssində koronovirusa 5G texnologiyasının tətbiqinin səbəb olduğu iddia edilir.
Apr 17, 2020

Pomodoro texnikası ilə zamanı idarə etməyin asan yolları.

Son zamanlarda diqqətimizi çalışdımız işə verməkdə çətinlik çəkirik.Bunun üçün də motivasiya olmaq üçün yeni metodlar araşdırmağa başlıyırıq.Bunlardan ən popular olanı pomodoro texnikasıdır. Test edənlər tərəfindən müəyyən edilmişdir ki,bu taktika həqiqitəndə işə yarayır.Bu üsul ilə çalışacağımız işi və zamanı müyyənləşdiririk və verimli işləməkdən zövq alırıq. Pomodoro nədir? Pomodoro Texnikası 1990-cı illərin əvvəllərində tərtibatçı, təşəbbüskar və müəllif Francesco Cirillo tərəfindən icad edilmişdir. Bu 25 dəqiqəlik işləmək və 5 dəqiqəlik fasilələrdən ibarət olan bir taktikadır.Bu sistemdə hər 30 dəqiqə bir "Pomodoro" adlanır. Bu metodun üstünləri ondan ibarətdir ki,biz 25 dəqiqə boyunca ətrafımızda diqqətimizi dağıda biləcək bütün məsələlərdən uzaq qalırıq və işimizə fokuslana bilirik.Və təyin etdiyimiz vaxt qısa olduğu üçün qarşımıza qoyduğumuz taprışıqları çox tez yerinə yetirməyə çalışırıq. Fasilə müddətimiz isə cəmi 5 dəqiqədən ibarət olduğu üçün diqqətimiz dağılmır və biz yenidən işə davam etdikdə heç bir vaxt itkisi yaşamırıq.Amma beynimiz lazım olan istirahəti etmiş olur. Bu texnikaya başlamadan əvvəl görəcəyimiz işi neçə pomodoro-da edə biləcəyimizi əvvəlcədən təyin etməliyik.Və mütləq yanımızda fasilə olduğu zaman bildirimdən xəbərdar olmaq üçün saat qoymalıyıq.   8 saat çalışa bilmə imkanı Pomodoro metodunun üstünlüklərindən biri gün içərisində fasilələr ilə 8 saat işləmə imkanı verməsidir.Bununla yanaşı çox daha ferqli olan bu üsul ilə işlədiyinizdə normal vaxtlar ilə müqayisədə daha az yorulduğumuzu hiss edirik. İşləməyə başlamadan əvvəl ətrafınızdakı insanlardan sizə mane olmamalarını istəməlisiniz.Telefonunuzu səssizə alıb,bildirişləri bağlaya bilərsiniz. Vaxtınızı düzgün şəkildə bölməyə çalışın.Çox çalışmağa deyil daha məhsudar olmağa cəhd edin.
Apr 18, 2020

Alqoritm anlayışı və onun xassələri

Alqoritm - verilmiş hər hansı tip məsələnin həlli üçün yerinə yetiriləcək əməliyyatlar ardıcıllığıdır. Ümumi şəkildə desək, alqoritm məsələnin həll yoludur, başqa sözlə, məsələnin həllini təmin edən formal qaydalar sistemidir. Bizim hər bir görəcəyimiz iş müəyyən bir alqoritmə əsaslanır. Məsələn, yeməyin hazırlanma resepti, mebelin quraşdırılması üzrə təlimat, kompyuter proqramlarının istifadəsi üçün dərslik və s. Bu siyahını istənilən qədər artırmaq olar. Alqoritmin dəqiq riyazi tərifi yoxdur. Alqoritmin yaranma tarixi Alqoritm anlayışı riyaziyyatda eyni tip məsələlərin həllində ümumi metodların axtarılması ilə əlaqədar olaraq meydana çıxmışdır. Çoxrəqəmli onluq ədədlər üzərində hesab əməllərinin aparılması qaydaları (alqoritmləri) ilk dəfə IX əsrin görkəmli özbək riyaziyyatçısı   Əl-Xarəzm tərəfindən verilmişdir. Alqoritm termini də məhz bu riyaziyyatçının adı ilə bağlıdır (Algorithmi). Onun hesab elminə dair yazdığı "Hind rəqəmləri ilə hesablama kitabı" adlı əsərinin latınca tərcüməsi gəlib bizə çatmışdır. Bu kitab "Alqoritm dedi" kəlmələri ilə başlayır. Burada işlədilən "Alqoritm" sözü uzun müddət riyaziyyatçılar üçün riyazi sirr olaraq qalmışdır. Nəhayət, XIX əsrin 40-cı illərində dəqiq müəyyən edildi ki, bu söz "ƏL-XARƏZMİ" sözünün latıncada düzgün olmayan tələffüzü nəticəsində alınmışdır. Məsələnin kompyuterdə həlli baxımından alqoritm axtarılan cavabların alınması üçün məsələnin verilənləri üzərində icra olunan hesab və məntiqi əməllər (mərhələlər) ardıcıllığıdır. Bu mərhələlərdə uyğun olaraq hesab və müqayisə əməlləri yerinə yetirilir. Müqayisənin nəticəsindən asılı olaraq digər mərhələnin icrasına keçilir. Alqoritmdəki hesab əməlləri arasındakı məntiqi əməllər kompyuterin qəbul edə biləcəyi şəkildə verilməlidir. Məntiqi şərtlər içərisində aşağıdakılar xüsusi yer tutur, çünki onların yaranması hesablama prosesinin normal gedişinə imkan vermir: 1. Hesablamada mütləq qiymətcə kompyuterdə təsvir oluna biləcək maksimal ədəddən böyük ədədin alınması; 2. Sıfırın və ya mənfi ədədlərin loqarifmlərinin hesablanması; 3. Mənasız hesablamaların aparılmasına cəhd göstərilməsi (məs, |x|>1 olduqda, arcsin x və ya arccos x-in hesablanması) və s. Alqoritmin əsas xassələri Alqoritm həll ounan məsələnin xarakteri ilə bağlı olduğu üçün onun yaradılmasında ümumi qaydalar yoxdur. Lakin hər bir həll alqoritmi tərtib edilərkən onun müəyyən tələblərə cavab verməsi nəzərə alınmalıdır. Bu tələblərə alqoritmin xassələri deyilir. Alqoritmin əsas xassələri aşağıdakılardır: ·Determiniklik (müəyyənlik) ·Kütləvilik ·Nəticəvilik (sonluluq) ·Diskretlik 1. Determiniklik (müəyyənlik) Alqoritmdəki hər bir mərhələnin məzmunu və mərhələlərin yerinə yetirilmə ardıcıllığı müəyyən olmalıdır. Bu, alqoritmin müəyyənlik xassəsini təşkil edir. 2. Kütləvilik Bu xassə iki tələbi nəzərdə tutur: a)müəyyən məsələnin həlli üçün qurulmuş alqoritm həmin tipdən olan bütün məsələlərin həlli üçün yararlı olmalıdır; b)alqoritm elə təsvir olunmalıdır ki, ondan hamı istifadə edə bilsin. 3. Nəticəvilik Alqoritmdəki mərhələlərin və onları təşkil edən əməliyyatların sayı sonlu olmalıdır ki, onların yerinə yetirilməsi axtarılan nəticəyə gətirib çıxara bilsin. 4. Diskretlik Alqoritmdəki mərhələlərin hər biri sonlu zaman müddətində yerinə yetirilməlidir. Belə diskret zaman müddəti takt adlanır. Hər bir mərhələ yalnız əvvəlki mərhələnin yerinə yetirilməsindən sonra başlayır. Alqoritmin təsvir üsulları Alqoritmin təsviri üçün istifadə olunan əsas üsullar aşağıdakılardır: ·Sözlə təsvir (Təbii dillə); ·Alqoritmik dillə təsvir (proqram); ·Qrafik təsvir (Blok-sxem).
Apr 18, 2020

Beyini yaşlanmaqdan qorumağın yolları

Yaşlılıq, bədən qədər yaddaş və beyinin gücünə də mənfi təsir göstərir. Funksiyasını yaxşı davam etdirə bilməsi üçün beyinin də maşınlar kimi yaş irəlilədikcə, bir az qulluğa ehtiyacı var. Amma, maşınlardakı kimi beyin üçün qulluq qaydaları mövcud deyil. Bu haqda şaxələnmiş şəkildə çox geniş qaynaqlar vardır.Lakin,onların içərisindən seçib ən çox müzakirə olunanları sizin üçün qeyd etdik. Qulaqlarınızı qoruyun Duyğularımızı itirmək, beyinə pis təsir edir. Məsələn, eşitmə duyğusunu itirmək, beyini lazımlı bir xəbərdarlıq mənbəyindən məhrum etdiyi və diqqət mənasında əlavə yük yaratdığı üçün, beyindəki boz toxumanın itkisinə səbəb olur. Bir araşdırmada məlum olub ki, eşitmə duyğusunun itməsi altı illik bir zaman ərzində məlumat qəbulunun azalma riskini 24% artırır. Yaşdan asılı olmayaraq, eşitmə qabiliyyətinə mənfi təsir edən faktorlara diqqət etmək gərəkdir. Gündə sadəcə, 15 saniyə yüksək səsli rok musiqisinə qulaq asmaq, eşitmə duyğusuna zərər verməyə yetər. Eyni şəkildə gündə 15 dəqiqə saç qurudandan istifadə, səsləri ayıran hüceyrələri zədələyir. Əgər eşitmə probleminiz olduğunu düşünürsünüzsə, mümkün qədər tez həkimə müraciət edin. Yeni dil və ya musiqi alətində ifa etməyi öyrənin Zehni gücləndirmək üçün yaradılan beyin gimnastikası proqramları və tapmacaları demək olar ki məhduddur. Lakin, xarici bir dil və ya yeni bir musiqi alətində ifa etməyi öyrənmək, beyini daha çox işlədəcək. Bunların hər ikisi,beyinin bir çox hissəsinin eyni anda işləməsinə səbəb olacaq.Notlar üzərində işləmək,yeni sözlər öyrənmək beyninizi paslanmaqdan qoruyacaq.Bütün bu failiyyətlər yaddaşınızı gücləndirəcək və siz bunların təsirini yaşlandıqca özünüzdə görəcəksiniz. Ayaqüstü yeməklərdən uzaq durun Aşırı çəki beyinə, bir çox mənada zərər verə bilər. Damarlarda xolesterinin yığılması beyinə gedən qan axınını məhdudlaşdırır və düzgün fəaliyyəti üçün lazım qida və oksigendən məhrum edir. Sinir hüceyrələri (neyronlar) insulin hormonu səviyyəsinə qarşı, son dərəcə həssasdır. Mütəmadi olaraq şəkərli və yüksək kalorili qidalar qəbul etdikdə, insulin siqnallari kəsilir, zəncirvari reaksiyaya və beyində zərərli düyünlərin yaranmasına səbəb olur. Omeqa 3 kimi yağ turşuları, D və B12 vitaminləri, yaş artımı ilə bağlı əmələ gələn beyin problemlərini azalda bilirlər. Aralıq dənizi pəhrizi ilə qidalanan yaşlıların, özlərindən 7, 5 yaş daha cavan insanlarla eyni əqli bacarıqlarına sahib olmalarının səbəbi də budur. İdman edin Əslində beyin ilə bədən arasında ayrı-seçkilik etmək doğru deyil. Beyini qorumağın ən təsirli yollarından biri də, bədəni fiziki aktivliklə gücləndirməkdir. Beləcə, beyinə qan axını artacaq və sinir hüceyrələri arasındakı əlaqələri yaradan proteinlər də işə düşəcəkdir. Yerimək və aerobika kimi yüngül məşqlərdən tutmuş, ağır atletika və bədən formasını inkişaf etdirməyə qədər olan hər növ fiziki aktivliyin, istənilən yaşda faydalı olduğu sübut edilmişdir. Canlı ünsiyyəti artırın Beyni qorumanın ən yaxşı yollarından biri də ünsiyyətcil olmaq, adam arasına çıxmaqdır. İnsanlar sosial varlıqlardır.Müasir dünya və yeni işlər ilə əlaqədar olaraq bir çoxlarımız ayda bir dəfə hətda deyərdim ki, işlə əlaqdar olan mövzulardan kənar məsələlərdə çox nadir hallarda dostlar ilə görüşür və ünsiyyət qururuq.Bütün bu amillərin hamısı insanı öz dilində belə cümlə qurarkən çətinliyə düşməyə gətirib çıxarır.Mümkün olduğu qədər insanlarla görüşmək, kitab müzakirələri və s bu kimi qruplara qatılıb beyin fırtınası etmək lazımdır. 70 yaşından yuxarı yaşlılar ilə 12 il boyunca edilən bir araşdırmada, sosial aktiv insanlarda duyğu qəbulunun 70% daha yaxşı olduğu sübut edilib. Başqa insanlarla daimi ünsiyyətdə olmaq, hafizə və diqqəti qoruduğu kimi, zehni əməliyyatları da ümumi olaraq, daha sürətli edir. Xülasə, sağlam qidalanma, fiziki aktivlik və yaxşı dostluq çevrəsi, sağlam və xoşbəxt bir həyat sürmənin sirri olduğu kimi, beyin gücünü qorumaq üçün də vacibdir. Əgər yaşadığımız dünyanı,baş verənləri daimi olaraq izləmək üçün vaxt ayıra bilirsinizsə yəgin ki,artıq çoxdan xəbəriniz var.Son dövrlərdə zənginlik cibizinizdəki pulunuz deyil,bildikləriniz,düşüncə qabiliyyətiniz,bir anda sizi yüksəldə biləcək idealarınız və s kimi məsələlərdir.Beyninizin sağlam qalması,işlək olması,tez qərar qəbul etməkdə və yeni bilgiləri qavramaqda sizi digərlərindən fərqləndirirsə,sizin önə keçməyiniz daha da asanlaşır. Beyninizi qoruyun! Bu sizə lazımdır.
Apr 17, 2020

İnsan zəkasına təsir edib etmədiyi haqqında həmişə mübahisə edilən Mozart təsiri

Klassik musiqi dinləmək insan zəkasını inkişaf etdirirmi? İllərdir insanların dilindən düşməyən bu bilginin əsasları nələrdir? Təbii ki,aramızda Motsartı tanımayan çox az insan var lakin, biz yenə qısaca yazaq. Tam adı Volfqanq Amadey Motsart olan bəstəkar 1756-cı ildə Avstrya-da doğulmuşdur.Motsart bəstəkarlıqla yanaşı, eyni zamanda mahir skripkaçı, orqan ifaçısı və dirijor da olmuşdur. Müasirlərinin dediyinə görə dahi bəstəkar qeyri-adi musiqi duyumu, eşitdiyi musiqiləri yadda saxlama və improvizə etmə kimi fenomenal qabiliyyətlərə malik olmuşdur.1791-ci ildə 35 illik həyatı sona çatan bəstəkar,bu qısa dövr ərzində 625 əsər ərsəyə gətirmişdir. Motsart və psixologiya elmi Motsart'ın xüsusi ilə Türk marşı ve 40. sinfoniyası bütün dünyada sevərək dinlənilən əsərlərinin başında gəlir.Onun adının keçdiyi, və əsərlərindən ilham alınaraq araşdırmaların edildiyi bir çox elm içərisində psixologiyanı da görə bilərik.Bəs bunun səbəbi nədir? Klassik musiqi və insan psixologiyası İnsan davranışlarını incələyən psixologiya elmi musiqinin orqanizma üzərindəki təsirlərini araşdırmışdır.Digər musiqilər ilə müqayisə edildiyində klassik musiqinin daha çox dinləndiyi müəyyən edilmişdir.Elm adamları klassik musiqinin təsirini insandan heyvana hətda bitkiyə qədər müxtəlif tip canlılar üzərində test etmişdir.Bütün bu araşdırmalar və sınaqlar klassik musiqinin inəklərdə süd artımı , bitkilərin böyüməsinin sürətlənməsi kimi nümunələri ortaya qoymuşdur.Hətda ana bətnində Motsart dinlədilən uşaqların digərlərindən daha ağıllı olduğu inancı da vardır. Motsart Təsiri nedir? Sadə dildə desək klassik muqisinin insan və digər canlılar üzərindəki  təsirinə qısaca "Mozart təsiri" deyilir. Nə üçün Motsart? 1991’de Alfred A. Tomatis’in Neden Motsart? (Pourquoi Mozart?) adlı kitabında ortaya attığı klassik müziqinin zeka üzərindəki  təsirinə yönlənən nəzəriyyəsi, iki il sonra Frances Rauscher ve dostları tərəfindən gəlişdirilmişdir.Rauscher və dostlarının çalışmaları nəticəsində,araşdırmalara qatılan insanların anlama səviyyəsində Motsart sonelərini dinlədikdən 15 dəqiqə sonra irəliləyiş olduğunu görmüşlər. Bir çox mənbələri araşdırarkən aydın olur ki, psixoloji problemləri olan çox insanlar Motsart dinlədikdən sonra özünü çox yaxşı hiss etdiyini deyir.Hetda belə bir nümunə vardir ki,Parisli rəssam Katia Eliard 8 ay boyunca davamlı olaraq fasilələr ilə Motsart musiqilərini dinləməyin 10 illik psixoterapiyadan daha faydalı olduğunu qeyd edir. Mən test etdim,həm öz üzərimdə həm də bitkilərim üzərində.Cəhd etmək sizə qalıb.
Apr 17, 2020

Disiplin qazanmağın 5 əsas metodu

Bir insanın nailiyyətlərinə və xoşbəxtliyinə töhfə verə biləcək bir çox vacib amillər vardır,lakin bu danılmazdır ki,yalnız nizam-intizamlı insanlar həyatın bütün sahələrində davamlı, uzunmüddətli müvəffəqiyyət qazana bilir. Disiplinli olmaq,həyatınızın istənilən məqamında,fərqi yoxdur bu idman,iş etikası,insanlar ilə münasibətləriniz,sağlam həyat tərzi keçirmək,hədəflərə çatmaq,xoşbəxt olmaq və s kimi məsələlərdə sizi önə çəkən bir nömrəli xüsusiyyətdir. Wilhelm Hoffman tərəfindən 2013-cü ildə edilən bir araşdırmaya görə, özünü idarəetmə qabiliyyəti yüksək olan insanlar, olmayanlardan daha xoşbəxtdir.Aparılan tədqiqatlar bunun həqiqət olduğunu gösterdi,çünki,özü üçün nizam qaydaları olan insanlar diqqətini hədəflərinə daha yaxşı verə bilir. 1.Diqqətinizi çəkən digər məsələləri aradan qaldırın. Bu sözlərə əməl edərkən disiplinli olmaq daha asandır “out of sight, out of mind.” Ətrafınızda olan diqqətənizi yayındıra bilecek amillərdən uzaqlaşmaq bunun üçün ilk addım ola biler.Müəyyən bir müddət ərzində diqqətinizi yayındıran veb saytları - Facebook, Youtube, hətta e-poçtlardan uzaq dura bilersiniz.Telefonda bildirimləri bağlamaq sizə vaxt qazandıracaqdır. 2. Mütəmadi və sağlam qidalanın. Tədqiqatlar göstərir ki, aşağı qan şəkəri bir insanın qətiyyətini zəiflədir.Ac olduğunuzda diqqətinizi gördüyünüz işə verməkdə əziyyət çəkirsiniz, çünki bu zaman beyniniz ən yüksək potensialına uyğun işləmir.Yemək qan şəkərinizin səviyyəsini tənzimləyir və qərar qəbul etmə bacarıqlarınızı və konsentrasiyanı yaxşılaşdırır.Amma icazə verin ki,beyniniz böyüyən mədənizə deyil,hədəflərinizə və prioritetlərinizə yönelsin. 3.Başlamaq üçün doğru zamanı gözləmə. Çox zaman əlimizdə olan imkanlar və ya bacarıqlar başlamaq üçün bizə maneə kimi görünə bilər.Lakin,bir məqsəd seçdiyimiz zaman bu düşüncələrərin hamısından uzaqlaşaraq ilk addımı atmaq lazımdır. 4.Öz cədvəlini qur. Hər gün və ya hər ay,fərqi yoxdur.Hədəflərinizə çatmaq üçün mütləq şəxsi "edəcəklərim" listəniz olmalıdır. 5.Özünüzə inanın və irəliyə doğru addım atın. Yeni düşüncə tərzi formalaşdırmaq həmişə planlalımıza uyğun getməyə bilər.Enmələr,qalxmalar,uğursuzluqlar ola biler.Amma əsas odur ki,bütün bunlara baxmayaraq irəliləyə biləsən.Hər hansı bir uğursuzluqda bunun səbəbini axtarmaq və qəbul edib davam etmək lazımdır.Bu cür məqamlarda özünü günahlandırmaq,məyus olmaq,geri çəkilmək və s sizin öz inkişaf yolunuzda heç bir kömək etməyəcəkdir.Əksinə həmişə çətinlikləri gözə alaraq addımlamaq lazımdır. Motivasiyada qalın,hədəfinizə focuslanın!
Apr 18, 2020

Beyinə fərqli formalarda təsir edən 5 kitab

Bu mətndə elm adamları tərəfindən tövsiyyə edilən,insan beyninə fərqli formalarda təsir edən kitabları görəcəksiniz.Bu kitablar motivasiya, öz inkişaf başlığı altında satılmasa da insana fərqli baxış bucağı qazandırmaqda çox faydalıdır. Ədəbiyyatın hər bir insan üzərində zehnləri rahatladıcı bir təsiri vardır.Hər bir roman insanlar tərəfindən fərqli anlaşıla bilir.Bu təsirlər üzərində araşdırmalar edən elm adamları, bəzi romanların insan beynini inkişaf etdirdiyini,kəskinləşdirdiyini ,varlıq səbəblərini araşdırmağı , düşünməyi asanlaşdırdığını müəyyən etmişlər. Bu kitablar ilə tanış olaq. 1.Goethe - Gənc Verterin iztirabları  "Gənc Verterin iztirabları" müəyyən dərəcədə avtiobiqrafik xaraketer daşıyır, bu romanda Höte özünün Şarlotta Buffa olan platonik məhəbətini təsvir etmişdi. Höte onunla 1772-ci ildə Vetslar məhkəməsində praktika keçdiyi zaman tanış olmuşdu. Əsərin faciəli sonu, Verterin intiharı ilə bitməsi Hötenin dostu, evli qadına aşiq olub, məhəbətindən əziyyət çəkən Karl Vilhelm Yerusalemin intiharı ilə bağlı olmuşdur. Lottenin ədəbi obrazı Hötenin o dövrdə başqa rəfiqəsinə - Maksimilane fon Laroşa məxsusdur. 2.Jane Austen - Qürur və Qərəz Bu günə qədər “ingilis ədəbiyyatının birinci xanımı” kimi tanınan Ceyn Ostinin “Qürur və qərəz” romanı yetərincə maraqlı və son dərəcə həyati əsərdir. Ən başlıcası isə odur ki, yazıçı bütün başqa qələm sahiblərindən fərqli olaraq oxucusunun psixi-emosional dünyasına təcavüz edib, onun hiss və duyğularıyla oynamır. Hadisələr romantik, sakit bir axarda cərəyan edir. Ağlı, qüruru, bitkin xarakteriylə hamıda rəğbət oyadan qəhrəman Miss Bennet isə gənc qızlara ən yaxşı nümunə ola bilər. 3.Sun Tzu - Hərb Sənəti İki min ildən artıq bir müddətdə Sun Tzunun “Hərb sənəti” liderlərə döyüş taktikası və idarəetmə strategiyaları haqqında tövsiyələr verib. Bu kitab Çin mədəniyyətinin üzvi hissəsi olmaqla bərabər, həm də Qərbin həm hərbi işlərdə, həm biznesdə, həm də adi insan münasibətlərində yaşayış uğrunda mübarizəsinin və uğurlarının məhək daşı rolunu oynayıb. Qədim dünyanın müharibə texnikasına, hiylə­gər­lik­lərinə və texnologiyalarına istinad etməklə əsər məhz öz zamanının məhsuludur. Lakin onun çox yeri müasir ssenarilərə də yaxşı uyğun gəlir və bu, indiki zamanda belə onun niyə populyar klassik oxu kimi qəbul olunmasını göstərən səbəbdir. Əslində bu günkü oxucu bu kitabdakıları məhz müharibə şəraiti üçün deyil, daha çox biznes və siyasət kontekstində tətbiq edir. 4.Qustav Flober -  Madam Bovari XIX əsrdə Fransada realizm məyusluğun övladı kimi dünyaya gəlmişdi. O dövrün insanları qardaşlıq və azadlıq xülyalarını artıq itirmişdilər. Romantizm öz yerini daha səmimi və daha gerçək olan realizmə verməyə hazırlaşırdı və “Madam Bovari” əsəri bu keçid dövründə atılan mühüm addımlardan birinə ­çevrildi. Sonralar romanın baş qəhrəmanı Emma Bovarinin hər şeydən narazı xasiyyətinin nəticəsi kimi məmnuniyyətsizliyi, reallıqla fantaziya arasındakı sərhədi təyin etmək bacarıqsızlığını bildirən “bovarizm” termini meydana gəldi. Floberin fikrincə, “bovarizm” romantik ideyaların gerçəkliyin xırda hadisələri ilə görüşündən törəmişdir. 5.Lev Tolstoy - Anna Karenina Çox mübahisələrə səbəb olmuş məşhur roman. Müəllif bir evin, bir ailə­nin problemindən başlayır və bütün Rusiyanın üzləşdiyi çətinliklərə toxu­nur. Hissləri dolaşıq düşmüş, həyatda azıb qalmış bir qadın haqqında ro­man. Onun hər şeyi var: əri, oğlu, evi, sərvəti, adı. Amma o heç nəyə bax­madan bunların hamısından imtina edir! O özünü eşq girdabına atır və bununla da öz həyatını çətinləşdirir. Anna Karenina obrazı çox ziddiyyətlidir. Həyatı alt-üst olduğu üçün oxu­cunun ona yazığı gəlir, oynaşından ötrü öz oğlunu atdığı üçünsə oxucu ona nifrət edir.   Xoş mütaliələr!

Sizə maraqlı olan mövzunu bizimlə paylaşın