Haqqımızda

Microcode olaraq 5 ildən artıqdır ki, rəqəmsal sahədə innovativ və fərqli xidmətlər təqdim edirik. Bizim əsas məqsədimiz müştərilərimizin ideyalarını reallığa çevirmək və onların rəqəmsal dünyada uğur qazanmasına dəstək olmaqdır.


Biz yalnız veb sayt və mobil tətbiqlərin hazırlanması ilə məhdudlaşmırıq. Şirkətimiz aşağıdakı sahələrdə geniş xidmətlər göstərir:


  • Veb saytların hazırlanması – sürətli, estetik və funksional həllər;
  • Mobil tətbiqlərin hazırlanması – iOS və Android platformaları üçün istifadəyə hazır tətbiqlər;
  • Veb saytlara texniki dəstək – layihə tamamlandıqdan sonra yenilik və dəyişiklər üçün davamlı dəstək;
  • Korporativ mail xidməti – biznesiniz üçün peşəkar və təhlükəsiz elektron poçt həlləri;
  • Onlayn ödəmə sistemlərinin inteqrasiyası – sayt və tətbiqlərdə təhlükəsiz və rahat ödəniş imkanları;
  • Dizayn xidmətləri – UI/UX, qrafik və mobil dizaynlarla istifadəçi təcrübəsini artırmaq;
  • Foto və video xidmətləri – fərdi və korporativ çəkilişlər, reklam və tədbir çəkilişləri.


Logomuzun Mənası

Microcode logosunda tülkü simvolu istifadə olunub – o, zəkayı, çevikliyi və strateji düşüncəni simvolizə edir. Hər bir xətt və forma işlərimizdəki dəqiqliyi və estetik həssaslığı əks etdirir. Tülkü simvolu bizim rəqəmsal həllərimizdə sürətli və yaradıcı yanaşmamızı, ideyaları real və vizual olaraq effektiv şəkildə təqdim etməyimizi göstərir.

Haqqımızda

Dəyərlərimiz və Yanaşmamız

Bizim üçün hər layihə sadəcə bir iş deyil – müştərilərimiz üçün dəyər və uzunmüddətli uğur yaratmaq fürsətidir.

Komanda Ruhuna Güvən

Uğurun əsasında güclü komanda dayanır. Biz, bilik və təcrübəmizi paylaşaraq, birlikdə böyüyürük və hər addımda bir-birimizi dəstəkləyirik.

Keyfiyyət və Davamlılıq

Texnologiya dünyasında sürətli dəyişikliklər olsa da, biz uzunömürlü və davamlı həllərə üstünlük veririk. Keyfiyyət bizim üçün kompromisssiz dəyərlərdən biridir.

Müştəriyə Dəyər

Bizim üçün hər bir layihənin əsasında müştərinin ehtiyacları dayanır. Hədəfimiz sadəcə məhsul təqdim etmək deyil, müştərinin uğur yolunda real dəyər yaratmaqdır.

Yenilikçi Düşüncə

Biz hər layihəyə sadəcə texniki tapşırıq kimi yox, yeni bir fürsət kimi baxırıq. İnnovasiya bizim işimizin mərkəzindədir və hər zaman müştərilərimizə fərqli, kreativ yanaşmalar təqdim edirik.

Müştərilərimiz bizim haqqımızda nə deyir?

Saytımız qısa müddətdə hazırlandı və çox effektiv işləyir. İstifadəçi dostu interfeys müştərilərimizin işini asanlaşdırır. Logo da startap ruhunu tam əks etdirir.

Rauf Həsənov

Startap təsisçisi
Komanda detallara çox diqqət yetirir. Hər şey planlı şəkildə və vaxtında tamamlandı. Brend kimliyimiz indi daha peşəkar görünür.

Günel Abbasova

Dizayn koordinatoru
Ən çox bəyəndiyim cəhət, istəklərimizi düzgün başa düşmələridir. Saytımızın görünüşü və funksionallığı tam gözləntilərə uyğundur. Hər zaman dəstək göstərirlər.

Ramin İsmayılov

Biznes sahibi
Foto və video çəkilişlərdə yaradıcı yanaşma məni valeh etdi. Logo çox sadə, amma yadda qalan oldu. Saytımızla bağlı aldığımız rəylər yalnız müsbətdir.

Sevinc Quliyeva

PR meneceri
Saytın texniki tərəfləri çox stabil qurulub. Yüklənmə sürəti yüksəkdir və heç bir problem yaşamırıq. Support komandası çox savadlıdır.

Orxan Əliyev

İT üzrə mütəxəssis
Logo və korporativ üslub dizaynı çox uğurlu seçildi. Hər detalda peşəkarlıq hiss olunur. Foto və dizayn işlərindən çox məmnun qaldıq.

Ləman Rəhimli

HR mütəxəssisi
Əməkdaşlıq müddətində bütün istəklərimiz nəzərə alındı. Xidmətlərin vaxtında təhvil verilməsi bizi çox sevindirdi. Texniki dəstək 24/7 mövcuddur və çox operativdir.

Aysel Hüseynova

Layihə meneceri
Yeni saytımız müştərilərin bizə etibarını artırdı. Dizayn çox sadə, amma funksionaldır. Logo seçimi isə brendimizi tamamlamaq üçün əla oldu.

Tural Əhmədov

Satış direktoru
Foto çəkilişlərimiz çox peşəkar alındı, rənglər və kadrlar brend üslubumuza uyğun seçildi. Veb saytımız sürətli və istifadəsi rahatdır. Komanda həmişə səliqəli və məsuliyyətli işləyir.

Nigar Məmmədova

SMM üzrə mütəxəssis
Saytımızın dizaynı çox müasir və rahat oldu. Logo isə brendimizi tam əks etdirir. Support xidməti isə daim tez cavab verir və kömək edir.

Elvin Qasımov

Marketinq meneceri

Tez-tez verilən suallar

Biz veb saytların hazırlanması, mobil tətbiq inkişafı, foto-video çəkiliş və dizayn xidmətləri (UI/UX, logo, brendinq) təqdim edirik.

Bizimlə əlaqə

Proyektiniz var?

Bizimlə ofis

38 Khatai Ave, Baku 1008

Xəritədə baxın

Sosial Mediada biz